Accessibility links

Blokçeyn texnologiyasına yeni baxış


Blokçeyn texnologiyasına yeni baxış
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Blokçeyn texnologiyası bankçılıq, hökumət və təchizat sahələrini dəyişdirmək potensialına malikdir. Ancaq müəyyən olunmuş reyestr texnologiyasını öyrənmək istəyən gənclər təhsil resurslarının az olduğunu aşkar edir. Bu səbəbdən 18 yaşlı Raunak Çoudhuri Məktəblər üçün Blokçeyn yaratmağa qərar verib.

Raunak Çoudhuri blokçeyn texnoloji görüşlərinə qatılmağa başlarkən dərhal bir şey hiss etdi.

"Oradakı hər kəs məndən ən az iki dəfə böyük idi" - deyə, o qeyd edib.

Blokçeyn Bitcoin kimi kripto-valyuta əməliyyatlarını həyata keçirən mərkəzləşdirilməmiş, paylanmış bir reyestr texnologiyasıdır.

Bunun vasitəçilərdən asılılığın azaldılması ilə bankçılıq və təchizat sənayesi üçün böyük təsirləri var.

Amazon, Microsoft və IBM kimi texnologiya nəhəngləri onsuz da bunu araşdırır, lakin çox güman ki, bu, daha 10 və ya 20 il populyar olmayacaq.

“O zaman siz əsas istehlakçı olmayacaqsınız. Əsas istehlakçı bu iş yerlərində çalışacaq indiki tələbələr və yuxarı sinif şagirdləri olacaq" - deyə, Raunak Çoudhuri bildirib.

Bu səbəbdən 18 yaşlı gənc Məktəblər üçün Blokçeyn yaratmağa qərar verdi.

Məktəblər üçün Blokçeyn Hack BFS ideyalar çağırışı kimi mentorluq və yarışmalar yolu ilə litsey və kollec tələbələrini blokçeyn sənayesinə bağlayır.

Kaliforniya Santa Barbara Universitetinin tələbəsi Aleksis de Landes qalib komandanın üzvü idi.

“Mən bunu gözləmirdim. Əla bir komandamız var idi, yaxşı bir layihə yaratdıq, amma bilirsiniz ki, bu, həmişə sürprizdir” - deyə, o qeyd edir.

De Landes və onun komandası blokçeyn tokenlərinin bir rəqəmsal cüzdandan digərinə köçürülməsi zamanı pul itkisinin qarşısını alan E-Z Ether ağıllı kontrakt fikrini irəli sürdü.

"Mozilla inkubatoru ilə müsahibə imkanı qazandıq və onlar layihəmizi bəyəndikləri təqdirdə 70.000 dollardan çox sərmayə yatıra bilərlər" - deyə, de Landes əlavə edib.

Entoni Lusardi blockçeyn startapı olan “Digital Asset”də işləyir və tələbə mentorudur.

“Əslində bu, həqiqətən təsiredici idi, çünki onların çoxu hazırlıqlı gəlmişdi. Onların verəcəkləri sualları var idi və aydın idi ki, onlar bu barədə çox düşünmüşdülər” - deyə, o bildirib.

“Bütün bu sahə artıq 10 ildir ki, mövcuddur. Beləliklə, mütəxəssis olmaq üçün bu qədər vaxt tələb olunur” - Entoni Lusardi əlavə edib.

Texnologiya onun öyrənilməsi üçün heç bir rəsmi təhsilin olmadığı qədər yeni olduqda, Məktəblər Üçün Blokçeyn bunu praktiki öyrənməyə kömək edir.

XS
SM
MD
LG