Accessibility links

Dağlıq Qarabaq münaqişəsində Rusiya və Türkiyə


Dağlıq Qarabağ münaqişəsində Rusiya və Türkiyə
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Azərbaycanın Türkiyənin dəstəklədiyi mübahisəli Dağlıq Qarabağ məsələsində Ermənistan qüvvələri üzərində qazandığı zəfər Ankaraya Rusiya hesabına Qafqazdakı nüfuzunu genişləndirmək imkanı verdi.

Türkiyədə Azərbaycan bayraqlarının görüntüləri ilə Azərbaycanın Dağlıq Qarabağdakı qələbəsi qeyd edilir.

Türkiyənin hərbi dəstəyi, xüsusən də Türkiyə istehsalı olan pilotsuz təyyarələr - dronlar Azərbaycanın etnik ermənilərin nəzarətində olan ərazisində aparılan əməliyyatlarda əsas rol oynadı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın indi belə görünür Türkiyənin təsirini daha da genişləndirmək istəyir.

Azərbaycanın dəstəyi ilə Ankara Türkiyə hərbi qüvvələrinin Moskvanın vasitəçiliyilə əldə olunmuş atəşkəsə əsasən, Rusiya sülhməramlı qüvvələrinə qoşulmasına çalışır.

Ancaq Türkiyə müqavimətlə üzləşir.

“Rusiya bunu mövcud şərtlər daxilində qəbul etmək istəmir, bu, Tehrana da aiddir. Ancaq eyni zamanda, Rusiya Türkiyə ilə əməkdaşlıq edir. Fərqli yanaşmalara baxmayaraq, Moskva və Ankara Suriyada və digər yerlərdə olduğu kimi bunlara üstün gələəcək” - Bonn Universitetindən Zaur Qasımov fikrini bölüşüb.

Rusiya və Türkiyə qüvvələri vətəndaş müharibəsində rəqib tərəfləri dəstəkləmələrinə baxmayaraq, Suriyada artıq əməkdaşlıq edir.

Bu cür əməkdaşlıq Ankaranı Moskvaya yaxınlaşdırdı və Türkiyənin NATO tərəfdaşları arasında narahatlığa səbəb oldu.

Dağlıq Qarabağda hərbi əməkdaşlıq Rusiya-Türkiyə əlaqələrini daha da dərinləşdirə bilər.

Ancaq Rusiyada bəzi KİV-lər uzun müddətdir Rusiyanın nəzarətində olduğu hesab edilən Qafqazda Türkiyənin artan mövcudluğundan narahatlıqlarını dilə gətirir.

Lakin siyasi təhlilçilər Moskvanın Dağlıq Qarabağda atəşkəsə vasitəçilik etməsini Rusiyanın dominant rolunu davam etdirdiyini vurğulaması kimi qiymətləndirir.

“Ruslar altı həftə ərzində ümumiyyətlə, hərəkətsiz qaldıqdan sonra bir neçə saat ərzində sonu təyin etdilər - özləri üçün nəzarət mövqeyi qazandılar və ümumiyyətlə, Qərbin Qafqazda yeri olmadığını dünyaya göstərdilər. Ancaq Türkiyə də bir növ qalibdir” - İstanbulda Kadir Has Universitetindən Soli Özel bildirib.

Moskva və Ankara üçün ən azı indiki vaxtda Qafqazda əməkdaşlığın faydaları regional rəqabətləri azalda bilər. İndi Dağlıq Qarabağ əhalisi dağılmış həyatlarının parçalarını toplamalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG