Accessibility links

ABŞ kənd yerlərində də pandemiya sürətlə artır


ABŞ-da kənd yerlərində də pandemiya sürətlə artır
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Koronavirus pandemiyası ABŞ-da ilk növbədə şəhər yerlərini vurdu, lakin artım indi Amerikanın kənd yerlərində də hiss edilir.

İndi ABŞ-da gündə orta hesabla 170 000-dən çox yeni yoluxma qeydə alınır.

Bu, yalnız şəhərlərdəki böyük xəstəxanalara deyil, həm də kəndlərdəkinə də aiddir. Missuri ştatının kənd yerlərindən olan Şotlandiya mahalındakı xəstəxana kimi.

Baş tibb bacısı Elizabet Quffi bildiri ki, pozitivlik nisbəti 30%-dir.

"Bu, test edilmiş hər üç xəstədən birinin testinin müsbət çıxması deməkdir. Bizdə xəstəxanaya yerləşdirmədə mütləq şəkildə artım müşahidə olunur. Son iki-üç həftə ərzində təcili yardım xəstəxanasında xəstələrimizin ən az yarısının əvvəllər COVİD-19 testinin müsbət olduğunu gördük" - deyə, Elizabet Quffi qeyd edib.

İnsanlar təsərrüfat və idman zədələri, sinə ağrıları və qripdən müalicə almaq üçün ətrafdakı altı bölgədən 25 çarpayılıq xəstəxanaya gəlirlər. Adətən, yerimiz kifayət edirdi. İndi isə yox.

142 ştat işçisi arasında təxminən altı həkim və 75 tibb bacısı olan kiçik xəstəxana böhrandadır.

"İşçi heyəti ən böyük problem oldu. COVID-lə bərabər normal həyatda baş verən bütün digər hadisələr var və işçilərimizin əksəriyyətini gənc analar təşkil edir. Buna görə evə göndərilə bilsə və ya karantinə salınsa, yaxud da məktəblər virtual tədrisə keçsə və digər vəziyyətlərin hamısı gündəlik işçi qabiliyyətimizə təsir edir" - deyə, Elizabet Quffi əlavə edib.

Quffi deyir ki, tibb bacıları xəstəxana ehtiyaclarını ödəmək üçün əlavə növbə işləyirlər.

"Hazırda əlimizdəki imkanlardan istifadə olunur və hər gün daha çox xəstə qəbul etmək çox çətindir."

Cons Hopkins Universitetinin məlumatına görə, indiyədək ABŞ-da qeydə alınan 13,5 milyondan çox koronavirusa yoluxma halının 306 mindən çoxu Missuri ştatına düşür. Ölənlərin sayı isə 3800 nəfərdir.

XS
SM
MD
LG