Accessibility links

Baydenin hərbi siyasəti


Co Baydenin hərb siyasəti
please wait

No media source currently available

0:00 0:03:28 0:00

Co Baydenin hərb siyasəti

Prezident Donald Trampın dörd il ərzində xarici ölkələrdə yerləşdirilən ABŞ əsgərlərinin sayının azaldıldığı və müttəfiqləri müdafiə xərclərinə daha çox vəsait ayırmağa çağırdığı “Amerika Birincidir” xarici siyasət kursundan sonra amerikalılar yeni seçilmiş prezident Co Baydenin dövründə hərbi siyasətin necə olacağını gözləyir.

Yeni seçilmiş prezident Co Bayden prezident Donald Tramp administrasiyasının “Amerika Birincidir” yanaşmasından uzaqlaşacağını deyib.

“Amerika geri döndü. Oyuna qayıdacağıq. Bu, təkcə Amerika olmayacaq” - deyə, yeni seçilmiş prezident Co Bayden bildirib.

NATO kimi ənənəvi müttəfiqlərlə ittifaqlara üstünlük veriləcək.

“Tramp administrasiyası NATO müttəfiqlərimiz və tərəfdaşlarımızla çox qarşıdurmalı yanaşma həyata keçirdi. Düşünürəm ki, Bayden administrasiyası daha çox əməkdaşlığa meylli yanaşmaya üstünlük verəcək.” - deyə, CSİS-dən Todd Harrison qeyd edib.

Tramp NATO müttəfiqlərinin, xüsusən də Almaniya kimi zəngin dövlətlərin ABŞ-ın səxavətindən sui-istifadə etdiklərini deyib. O, ölkədəki bazalarda olan təxminən 12.000 ABŞ əsgərinin sayının azaldılmasına qərar verib.

“Biz bundan sonra sadəlövh olmaq istəmirik. 25 ildir həm ticarətdə, həm də hərbi sahədə Amerika Birləşmiş Ştatlarından istifadə olunur. Almaniyanı qoruyuruq, buna görə qüvvələrin sayını azaldırıq, çünki onlar hesablarını ödəmirlər. Çox sadədir. Onlar borcu ödəmir” - deyə, Prezident Tramp bildirib.

Mütəxəssislərin fikrincə, Bayden çox güman bunu dəyişməklə yanaşı, Trampın Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya diktatoru Kim Conq Un ilə münasibətlərdə daha soyuq yanaşma nümayiş etdirəcək.

“Mən müttəfiqlərimiz və dostlarımızın yanında duracaq bir prezident olacağam. Düşmənlərimizə diktatorlarla barışıq qurmaq günlərinin bitdiyini açıq deyəcəyəm” - yeni seçilmiş prezident Co Bayden vurğulayıb.

Şimali Koreya təhlükəsinin öhdəsindən gəlmək üçün Tramp Şimali Koreya lideri ilə diplomatiya yolunu sınayaraq, Pxenyanın uzaq mənzilli raketlərin sınaqlarını dayandırması üçün ABŞ və Cənubi Koreya arasında hərbi təlimlərin miqyasını azaltdı.

“Düşünürəm ki, bu, Birləşmiş Ştatlar üçün çox yaxşı bir razılaşmadır. Çünki Şimali Koreyanın artıq test edə bilməməsinin faydaları genişmiqyaslı və şou üçün nəzərdə tutulmuş bu böyük məşqlərdən imtina edilməsi üçün xərclərdən çoxdur” - deyə, Brukinqs İnstitutundan Maykl Ohanlon qeyd edib.

Baydenin bu irimiqyaslı təlimləri ixtisar etməyə davam edib-etməyəcəyi bəlli olmasa da, ekspertlər Baydenin ilki olaraq diqqətinin Tramp administrasiyasının ABŞ-ın yarımadada hərbi mövcudluğu ilə bağlı xərclərə görə uzun müddətdir müttəfiq olan ölkə ilə danışıqlarından sonra ABŞ-Cənubi Koreya münasibətlərini gücləndirməyə yönələcəyini deyir.

“Cənubi Koreya qoşunlarımızın orada saxlanma xərclərinin əhəmiyyətli hissəsini ödəyir. Beləliklə, gəlin, kimin nə qədər ödəyəcəyi barədə, dollarla qəpik-quruş mübahisəsinə son qoyaq. Düşünürəm ki, bu məsələni onlar bir gündə həll edə bilər” - deyə, Todd Harrison bildirib.

İraq və Əfqanıstanda çoxsaylı qlobal müttəfiqlərlə təxminən iyirmi ildir terrorizmə qarşı mübarizə apardıqdan sonra yeni seçilmiş prezident Co Bayden də ABŞ prezidenti Trampın hazırda bu ölkələrdə icra etdiyi əsgəri qüvvənin azalmasıı kimi addımları dəstəkləyib.

Ancaq Suriyada Tramp iki dəfə hərbi qüvvələri tamamilə geri çəkməyə çalışarkən, Bayden əsgəri qüvvənin çıxarılmasının ABŞ-ın vədini pozması və orada İslam Dövləti qrupuna qarşı kürdlərin başçılığı ilə mübarizə aparan müttəfiqlərə arxa çevrilməsinə bərabər olduğunu deyib.

“On min nəfər həyatını itirdi və biz onlara təlim verdik və təşkilatlanmalarına kömək etmək üçün orada olduq. Və onlar bunu etdilər, sonra biz onları tərk etdik. Artıq dünyada heç kim sözümüzə inanmağa hazır deyil” - deyə, Co Bayden bildirib.

ABŞ-ın yeni milli təhlükəsizlik komandası formalaşdığı zaman dünyadakı təhdidlər nəinki qalır, əksinə artır və bütün dünyada çoxlarının diqqəti kömək və liderlik üçün hazırda ABŞ-a yönəlib.

XS
SM
MD
LG