Accessibility links

Co Baydenin immiqrasiya siyasəti


Co Baydenin immiqrasiya siyasəti
please wait

No media source currently available

0:00 0:03:59 0:00

Co Baydenin immiqrasiya siyasəti

Yeni seçilmiş prezident Co Bayden vəzifəyə başlayanda prezident Donald Trampın immiqrasiya siyasətində ən mübahisəli qərarları sürətlə dəyişəcəyi gözlənilir. Baydenin bu planları qaçqınlar, ABŞ-da sığınacaq axtaranlar və DACA proqramına daxil olan şəxslərə aid siyasi qərarları əhatə edəcək.

Səyahət qadağaları. Sığınacaq və qaçqın sistemlərinin məhdudlaşdırılması. Ailələrin ayrı düşməsi. DACA proqramının ləğvi cəhdləri. Bunlar prezident mühacirət siyasətində Donald Trampın həyata keçirdiyi və yeni seçilmiş prezident Co Baydenin dəyişdirməyə söz verdiyi bəzi qərarlardır.

Təhlilçilər deyir ki, növbəti prezident bu siyasətləri ləğv etmək üçün icra əmrləri verəcək.

“Prezident Trampın birtərəfli qaydada gördüyü bütün işləri onlar da birtərəfli qaydada edə bilər və ya təktərəfli olaraq geri qaytara bilər. Məsələn, səyahət qadağasının ləğvini gözləyərdim. Və demək olar ki, dərhal qaçqın məsələsinin dəyişdiriləcəyini düşünürəm. Bu,açıq şəkildə prezidentin edə biləcəyi bir şeydir” – deyə, Merilend Keri Hüquq şirkətinin professoru Maurin Sviniy bildirib.

Prezident Trampın uşaq yaşlarında ABŞ-a gələn şəxslərə aid DACA proqramını sona çatdırmaq üçün göstərdiyi səylər onun dörd il hakimiyyətdə olduğu müddətdə böyük etirazlara səbəb oldu.

"Açıq deyim ki, burada mühacirlərə qapı açıqdır."

Obama dövrünə aid proqram ABŞ-a yetkinlik yaşına çatmamış qanunsuz olaraq gətirilən insanları deportasiya olunmaqdan qoruyur.

Tramp proqramın “qanunsuz əfv” olduğunu deyib, lakin Konqresin hərəkətə keçəcəyi təqdirdə DACA iştirakçılarına kömək edəcəyinə söz verib.

“Bu insanlara bir sevgim var. Ümid edirəm ki, Konqres onlara kömək edə biləcək və bunu lazımı şəkildə edəcək.”

Ancaq Konqres addım atmadı və DACA-nın taleyi məhkəmələrdən asılı oldu. Məsələ ilə bağlı son məhkəmə qərarına əsasən, ABŞ-ın immiqrasiya agentlikləri DACA proqramını tamamilə bərpa etməlidir. Lakin DACA müxalifləri məhkəmədə buna etiraz etməyə davam edəcəklərinə söz verirlər.

Digər immiqrasiya qaydalarının açılması vaxt aparacaq.

"Tramp administrasiyasının siyasi sığınacaq siyasətinin dəyişdirilməsi dərin və mürəkkəb bir iş olacaq" – deyə, Morin Svini bildirib.

Meksika ilə sərhədi nəzarət etmək və qeyri-qanuni immiqrasiyanı dayandırmaq vədinin bir hissəsi olaraq, Tramp Miqrantları Qoruma Protokolunu (MPP) yaratdı. Buna əsasən, miqrantların ABŞ-da immiqrasiya məhkəməsində dinləmələrin nəticələrini gözlədikləri zaman Meksikanın sərhəd şəhərlərində qalması tələb edilir. Mütəxəssislər bunun ləğv edilməsi və sığınacaq təmin edilməsini bərpa etməyin ən çətin olacağını qeyd edir.

“Düşünürəm ki, yəqin ki, bu məsələdə tələsməyəcəklər. Əlbəttə ki, administrasiyanın ilk günlərində onlar bu proqrama yeni üzvlərin qeyd edilməsini dayandıracaq və ya onlar Meksikada qalacaqlar” – deyə, Miqrasiya Siyasəti İnstitutunun siyasi təhlilçisi Sara Pirs bildirib.

Prezident Trampın immiqrasiya siyasətinin tərəfdarları dəyişikliklərə ehtiyac olduğunu deyirlər.

“Tramp administrasiyası ilkin məqsədə qayıtmağa çalışırdı. Bu da bu proqramların çoxunub yaradıldığı zaman Konqresin məqsədlərindən ibarətdir. Və düşünürəm ki, bu, ümumilikdə bir çox dəyişikliyi edərkən administrasiyanın diqqətində olub” - deyə, Heritage Fondunun baş elmi işçisi Lora Ris bildirib.

Tramp administrasiyası dövründə rekord həddə çatan qaçqın proqramına gəldikdə, Bayden qaçqın sayına olan limiti 125 minə qaldıracağını vəd edib. Ancaq təhlilçilər qarşıda çox işlərin olacağını deyir.

“Bir çox hallarda, qaçqın yerləşdirilməsinə görə məsul qurumlar ləğv edildi. Orada çalışan insanlar indi başqa məsələlər üzərində işləyirlər. Uzun müddətdir qaçqınları qarşılamadığımız üçün bir çox insan bu işləri tərk etdi. Beləliklə, bu agentlikləri yenidən qurmalıyıq və onları əvvəlkilərdən daha güclü və daha yaxşı hala gətirməliyik” - Corc Meyson Universitetinin İmmiqrasiya Araşdırmaları İnstitutunun nümayəndəsi Mişel Vaslin qeyd edib.

Mütəxəssislərin fikrincə, ABŞ iqtisadiyyatını zəiflədən və amerikalıların həyatını itirməsinə səbəb olan koronavirus pandemiyasının hələ də davam etməsinə görə mühacirət məsələləri Baydenin siyahısında birinci yeri tutmayacaq.

((INTRO))

[[President-elect Joe Biden is expected to swiftly reverse some of President Donald Trump’s most contentious immigration policies when he takes office. VOA immigration reporter Aline Barros looks at Biden’s plan to act on policies affecting refugees, asylum seekers, and DACA recipients.]]

((NARRATOR))

Travel bans. Restricting the asylum and refugee systems. Family separations. Pushing to abolish DACA.

These are some of President Donald Trump’s immigration policies that President-elect Joe Biden has promised to reverse.

The incoming president will likely issue executive orders to overturn these policies, analysts say.

((radio intro: Maureen Sweeney is a Professor & Immigration Clinic Director at Maryland Carey Law.))

((Maureen Sweeney, Professor & Immigration Clinic Director, Maryland Carey Law))

((Mandatory skype logo))

“All of the things that President Trump did unilaterally, they can do unilaterally as well or they can undo unilaterally. So, for example. the travel ban I would expect to be vacated. And almost immediately, the refugee cap, I think will be changed immediately. That's something that's clearly in the president's power to do.”

((NARRATOR))

President Trump’s efforts to end DACA, or the Deferred Action for Childhood Arrivals, sparked large protests during his four years in office.

((nats, protesters chanting))

“And I’ll say it clear, immigrants are welcomed here.”

((Mandatory cg: White House))

The Obama era program shields from deportation people brought illegally to the United States as minors.

Trump said the program amounts to “illegal amnesty” but promised to help DACA recipients if Congress acted.

((President Donald Trump))

“I have a love for these people. Hopefully, Congress will be able to help them and do it properly.”

((NARRATOR))

But Congress did not act, and DACA’s fate became embroiled in the courts. The most recent court ruling on the issue orders U.S. immigration agencies to fully reinstate the DACA program. But DACA opponents vow to keep challenging it in court.

Untangling other immigration guidelines will take time.

((for radio: says Professor Sweeney.))

((Maureen Sweeney, Professor & Immigration Clinic Director, Maryland Carey Law))

((Mandatory skype logo))

“In terms of unwinding the asylum policies of the Trump administration that's going to be a deep and complicated affair.”

((NARRATOR))

As part of his pledge to control the border with Mexico and stop illegal immigration Trump created the Migrant Protection Protocol, also known as MPP. The MPP requires migrants to stay in Mexican border cities while waiting for their immigration court hearings in the United States. Experts say undoing that and reinstating asylum protections will be the most difficult.

((for radio: Sarah Pierce at Migration Policy Institute. ))


((Sarah Pierce, Policy Analyst, Migration Policy Institute))

((Mandatory skype logo))

“I think they're probably going to slow walk that issue. Certainly early on in the administration, they'll stop enrolling new people in MPP or remain in Mexico.”

((NARRATOR))

Proponents of President Trump’s immigration policies say the changes were needed.

((for radio: Lora Ries is a senior research fellow with the Heritage Foundation. ))

((Lora Ries, Senior Research Fellow, Heritage Foundation))

((Mandatory skype Logo))

“What the Trump administration tried to do is get back to original intent; congressional intent, when Congress set up many of these programs. And I think that is overall…..the focus that the administration had in making many of the changes.”

((NARRATOR))

As for the refugee program, which under the Trump administration admissions reached a record low, Biden has pledged to raise the refugee cap to 125,000. But analysts say much work lies ahead.

((for radio: Michele Waslin is with the Institute for Immigration Research at George Mason University. ))

((Michele Waslin, Immigration Research Institute, George Mason University))

((Mandatory skype logo))

“In many cases, the agencies responsible for refugee resettlement have been decimated. The people who are working there are now working on other issues. A lot of people have left those jobs because we haven't been welcoming refugees for a long time. So, we need to rebuild these agencies and make them stronger and better than they were before.”

Still, experts say, immigration likely will not top Biden’s to-do list because of the raging coronavirus pandemic that continues to batter the U.S. economy and take American lives.

XS
SM
MD
LG