Accessibility links

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayında azalma olub


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3858 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 219 041 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 188 280 nəfər müalicə olunaraq sağalıb, 2670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 nəfərdir.

Ölkədə son sutka ərzində 4473, hazırkı dövrədək isə 2199939 test aparılıb.

Dünyada COVID-19

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda indiyə kimi 216 min 584 nəfərin koronavirus infeksiyasına yoluxmasının aşkarlandığı, onlardan 2 min 575 nəfərin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda COVID-19

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG