Accessibility links

Co Baydenin andiçmə mərasimi bənzərsiz olacaq


Co Baydenin andiçmə mərasimi bənzərsiz olacaq
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Co Baydenin andiçmə mərasimi bənzərsiz olacaq

Nadir hallar istisna olmaqla, yeni prezidentin andiçmə mərasimi Amerikada hakimiyyətin dinc yolla ötürülməsi ənənəsini simvolizə edir. Co Baydenin çərşənbə günü andiçmə mərasimi bənzərsiz olacaq.

ABŞ tarixi boyunca yeni prezidentlərin andiçmə mərasimləri Amerika demokratiyasının misilsiz keyfiyyətini təmsil edir.

Hakimiyyətin dinc ötürülməsi...

Çox hallarda bir partiyadan digərinə

Yaxın və kəskin seçki kampaniyalarından sonra da.

Yanvarın 20-də Co Bayden Trampın tərəfdarlarının 2 həftə əvvəl hücum etdiyi ABŞ Kapitolisi yaxınlığında and içəcək.

“Mən açıq yerdə and içməkdən qorxmuram.”

Hadisə koronavirus pandemiyası səbəbindən onsuz da inaqurasiya mərasiminin miqyasını azaldıb.

“Düşünürəm ki, andiçmə mərasimi amerikalıların əksəriyyəti üçün nə deməkdirsə, bunları həyata keçirmək mümkün olacaq və andiçmə günü təqdim olunacaq” - deyə, Corc Vaşinqton Universitetindən Lara Braun bildirib.

Qonaqların sayı məhdud olacaq. İnaqurasiya nitqindən sonra Bayden hakimiyyətin dinc yolla ötürülməsini gücləndirmək üçün hərbi yürüşə nəzarət edəcək. O və keçmiş prezidentlər - Barak Obama, Corc W. Buş və Bill Klinton daha sonra Naməlum Əsgər Türbəsi önünə əklil qoymaq üçün Arlington Milli Qəbiristanlığına gedəcək.

"Təxmin etdiyimə görə, Pennsylvania prospektində nəhəng inaqurasiya paradı olmayacaq” , Bayden deyib.

Bunun əvəzinə televiziya ilə yayımlanan "Amerika Paradında" İnaqurasiya Komitəsinin dediyi kimi "ölkə daxilindəki cəmiyyətlər fərqli, dinamik çıxışlarla" təmin ediləcək.

Baydenin andiçmə mərasiminin xüsusi 90 dəqiqəlik televiziya buraxılığını Tom Henks aparacaq. Digər çıxışlar arasında Castin Timberleyk, Con Bon Covi, Demi Lovato və digərləri yer alacaq.

Evdə qalma mesajını almayanlara silahlı qüvvələr yardımçı olacaq.

“Qanuni seçkilərdən sonra və inaqurasiyadan əvvəl paytaxtda demokratiyanı qorumaq üçün 15.000 əsgərdən ibarət Milli Qvardiya göndərilməsi narahatedici bir əlamətidir. Bu, yaxşı deyil”, Lisa Barton-Şort bildirib.

Lisa Barton-Şort Corc Vaşinqton Universitetinin coğrafiya şöbəsinə rəhbərlik edir və o, yanvarın 6-da baş verənlərin təkrarlanmamasına görə bağlı olan Milli Mall haqqında kitabın müəllifidir.

“Kapitolinin arxa tərəfindən Mallun genişliyini seyr etməyi sevirəm. Bu, Amerika kimi kim olduğumuzu görə biləcəyiniz mənzərə olduğunu söyləyən fikirlərdən yalnız biridir. Andiçmə mərasimi daha zəif olacaq. Orada insanların olmaması səbəbindən yoxsul görünəcək. Və bu, həqiqətən kədərlidir.”

Bayden isə yanvarın 20-də yerli vaxtla günorta 12-də and içərək ABŞ-ın 46-cı prezidenti olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG