Accessibility links

Güneyli fəal Nasir Xülusi ona qarşı irəli sürülən ittihamlardan bəraət alıb


Nasir Xülusi
Nasir Xülusi

Apellyasiya məhkəməsi Nasir Xülusiyə qarşı irəli sürülən ittihamlar ilə əlaqədar bəraət hökmü verilib.

Xülusi öz Instagram hesabında məhkəmə sənədinin surətini paylaşıb.

İran Azərbaycanın Təbriz şəhərində yaşayan milli fəal Nasir Xülusiyə apellyasiya məhkəməsinin 1-ci və 36-cı şöbələri tərəfindən bəraət hökmü verilib.

Sentyabrın 20-də hüneyli fəal Nasir Xülusi Təbriz İnqilab məhkəməsinin birinci şöbəsinin sədri hakim Həmlbər tərəfindən ona qarşı irəli sürülən "Müstəqil-Teyf Təşkilatına üzv olmaq" ittihamı ilə əlaqədar 6 ay həbs cəzasına məhkum edilmişdi.

Şərqi Azərbaycan vilayətinin Apellyasiya məhkəməsinin birinci şöbəsinin sədrləri hakim Məhəmməd Danişmənd Məliki və hakim Səməd Həzrəti bu ittihamlarla əlaqədar olaraq fəala bəraət hökmü veriblər.

Sentyabrın 15-də Xülusi dosyesinin ikinci qismində Təbriz İkinci Cəza məhkəməsinin 112-ci şöbəsinin sədri olan Məhəmməd Əli Piri tərəfindən "yalan yaymaq" ittihamı ilə əlaqəli olaraq 2 milyon tümən pul cəriməsinə məhkum edilmişdi.

Bu ittihamı ilə əlaqədar isə Şərqi Azərbaycan vilayətinin Apellyasiya məhkəməsinin 36-cı şöbəsinin sədrləri Əli Əhmədi və Qulamrza Baqqali fəala bəraət hökmü veriblər.

Güneyli fəal Nasir Xülusi 2019-cu ilin dekabr ayının 14-də Təbrizdə İran hökumətinin Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən göz altına alınıb və 2020-ci ilin fevral ayının 26-da girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.

Nasir Xulusi indiyədək dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və məhkəmələrdə ona qarşı irəli sürülən ittihamlar nəticəsində fərqli cəzalara məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG