Accessibility links

Navalnı üçün keçirilən mitinqlərdən sonra da həbslər davam edib


Navalnı üçün keçirilən mitinqlərdən sonra da həbslər davam edib
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Rusiyada yüzlərlə insan ölkə boyu həbsdə olan müxalifət lideri Aleksey Navalnının sərbəst buraxılmasını tələb edən küçə nümayişlərinə qatıldıqları üçün bir gün sonra həbs olunaraq bazar günü dəmir barmaqlıqlar arxasında qalıb. Navalnı bir həftə əvvəl Almaniyadan Rusiyaya qayıtdıqdan sonra həsb olunub.

Həbslər şənbə günü davam edib və ümumilikdə 3000-dən çox adam saxlanılıb.

Rəsmilər etirazların yalnız qanunsuz deyil, həm də koronavirus səbəbiylə ictimai sağlamlığa təhlükə olduğunu deyərək, əvvəlcədən sərt reaksiya verəcəyini vəd etmişdilər.

Moskvanın mərkəzindəki Puşkin meydanında nümayişçilər müxalifət lideri Aleksey Navalnı üçün azadlıq tələb edib. O, zəhərlənmədən bir neçə ay sonra Rusiyaya qayıtdığı zaman həbs olunub.

Bəziləri Prezident Vladimir Putinin rəhbərliyi altında illərlə yaşadıqdan sonra dəyişiklik tələb edirdi.

"Ölkəmin başqa bir prezidentini görməmişəm ...24 yaşındayam və bir növ yorulmuşam" – deyə, etirazçı Kseniya qeyd edib.

Bəziləri isə hakimiyyətin formalarından narazılıq bildirib.

"Mən gələrkən anam və atam dedi ki, `xeyr, Kariel, ora getməməlisən. Putinə qarşı çıxmamalısan, çünki bacarmayacaqsan” – deyə, nümayişçi Kariel bildirib.

Bu plakatda "Navalnı qorxmur, mən də qorxmuram" yazılıb.

Bənzər mitinqlər ölkənin hər yerində baş tutub. Kreml şənbə günü çıxan etirazçıların sayını azaltsa da, Xabarovsk, İrkutsk və Vladivostok kimi uzaq şəhərlərdə də etirazlar keçirilib.

Etirazçılar ucqar şimalda - havanın temperaturunun mənfi 50 dərəcə olduğu Yakutskda da küçələrə çıxıb.

Kremlin onu siyasi baxımdan əhəmiyyətsiz və ya Qərb tərəfindən dəstəklənən biri kimi qələmə vermək cəhdlərinə baxmayaraq, iştirakçıların sayı Navalnının sosial media vasitəsilə ilə korrupsiya ilə mübarizə mesajını xalqa və xüsusən də gənc ruslara çatdırdığını göstərdi.

Bunun Navalnının taleyini dəyişdirib-dəyişdirməyəcəyi hələ məlum deyil.

Müxalifət lideri, ehtimal olunan şərti azad olma şərtlərini pozduğu iddiası ilə hazırda Moskva həbsxanasındadır.

Ancaq Navalnı onun özü və tərəfdarlarıın uydurma adlandırdığı ittihamlar əsasında daha uzun həbs cəzası alma ehtimalı ilə qarşılaşa bilər.

“Onun saxlanıb aparılması Rusiya qanunlarına tamamilə zidd idi. Bu, Konstitusiyamıza qarşıdır. Əgər onlar bunu milyonlarla izləyicisi olan bir insana edə bilirlərsə, bizə də edə bilərlər" – deyə, nümayişci İlya qeyd edib.

Rəsmilər polisə hücum etdiklərini söylədikləri bir neçə nümayişçiyə qarşı yeni cinayət araşdırmaları başladıb. Həbs hökmləri ola bilər.

Hökumətin ölkə daxilində müxalifləri susdurmaq üçün işlətdiyi taktika əvvəllər nəticə verirdi.

Daxildəki müxalifləri susdurmaq üçün işlənən hökumətin taktikası əvvəllər nəticə verirdi.

Bu taktikanın dəfə nə qədər təsirli olacağı çoxlarını düşündürür.

Navalnının komandası müxalifət liderinin dəmir barmaqlıqlar arxasında qaldığı müddətdə nümayişləri davam etdirəcəklərini bildirib.

XS
SM
MD
LG