Accessibility links

ABŞ qanunvericiləri təhdidlərə məruz qalırlar


ABŞ-ın bir neçə qanunvericisi bu yaxınlarda təhlükəsizlikləri ilə əlaqədar təhdid aldıqlarını bildiriblər. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Kapiotolidə təhlükəsizlik tədbirlərinin artırılmasına çağırıb və təhlükənin təkcə ictimaiyyət üzvlərindən deyil, Konqresin “daxilindəki düşmənlərdən gəldiyininə dair ittihamlar irəli sürüb. ”

Pelosinin cümə axşamı dilə gətirdiyi sözləri sabiq Prezident Donald Tramp tərəfdarlarının bu ay Kapitoliyə hücumundan sonra Konqresdə siyasi partiyalar arasında artan gərginliyi vurğulayıb. Həmin zorakılıq nəticəsində beş nəfər həyatını itirib.

Milli Qvardiya üzvləri Konqres binasının önündə
Milli Qvardiya üzvləri Konqres binasının önündə

Bu həftə 30-dan çox qanunverici məktub imzalayaraq təmsil etdikləri mahallarda mühafizənin gücləndirilməsinə çağırıb. Onlar qeyd edib ki, son illərdə Konqres üzvlərinə qarşı təhdidlər artıb, 2018-ci ilin sentyabrında bitən büdcə ilində təxminən 4900 təhdid qeydə alınıb.

The Associated Press-in əlinə keçən Nümayəndələr Palatasının hüquq-mühafizə orqanının baş zabitinin göndərdiyi email-ə əsasən, ABŞ Kapitoli Polisi qanunvericilərin işdən evə və evdən işə təhlükəsiz şəkildə hərəkət etmələrini təmin etmək üçün tədbirlər gördüyünü bildirib.

Qanunvericilərə hədələr

Nyu Yorkun Demokrat nümayəndəsi Aleksandria Okasio-Kortez bu yaxınlarda təhdid alan bir neçə qanunvericidən biridir. Məhkəmə sənədlərinə əsasən, yanvarın 6-da Kapitoliyə hücumda iştirak edən texaslı bir kişi ötən həftə AOC adı ilə tanınan qanunvericini Twitter-də “AOC-ni qətl edin” yazaraq təhdid etməkdə ittiham olunub.

Aleksandria Okasio-Kortez
Aleksandria Okasio-Kortez

Okasio-Kortez cümə axşamı Trampın 2020 prezident seçkisində qalib gəldiyinə dair əsassız iddialarını dəstəkləyən və başqa bir məsələdə Okasio-Kortezi dəstəkləməyi təklif edən texaslı Respublikaçı Senator Ted Kruzu açıq şəkildə danlayıb.

“Mən ortaq məxrəcin olduğu bu məsələdə Respublikaçılarla işləməyə hazıram, amma siz üç həftə az qalsın məni öldürtəcəkdiniz, ona görə də bu məsələnə kənarda qalıb. Mən məni öldürtməyə çalışmayan başqa Respublikaçılarla işləməyə məmnun olaram,” o, Twitter-də yazıb.

Pelosi cümə axşamı qanunvericilərin təhlükəsizliyinin artırlmasına çağırış edərkən “Düşmən Nümayəndələr Palatasının içindədir,” deyib. Müxbirlərin kimə istinad etdiyinə dair sualına cavab olaraq kaliforniyalı Demokrat “Bu o deməkdir ki, Palataya silah gətirmək istəyən və Konqresin digər üzvlərinə qarşı zorakılığa əl atmaqla hədələyən Konqres üzvləri var” deyə cavab verib.

Mətbuatda yer alan xəbərlərdə bildirilir ki, Merilend ştatından Respublikaçı nümayəndə Andi Harris ötən həftə Nümayəndələr Palatasına gizli silah gətirməyə çalışıb.

Adam Kinzinger
Adam Kinzinger

Təhdid alan bir digər qanunverici Nyu Yorkdan Demokrat nümayəndə Hakim Ceffrisdir. Bu həftə bir kişi Ceffrisin ailə üzvlərinə təhdid mesajları göndərməkdə ittiham olunub.

Məhkəmə sənədlərinə əsasən, Ceffrisin bacısına göndərilən bir mesajda “Qardaşın bütün ailəni riskə atır. Biz silahlıyıq və evinizin yaxınındayıq” yazılıb.

Respublikaçı üzvlərə təhdidlər

Təhdid alan təkcə Demokrat qanunvericilər deyil. Respublikaçılar da hədəf alınıblar.

İllinoys ştatından Respublikaçı Adam Kinzinger The Washington Post qəzetinə deyib ki, o, Trampın vəzifədən çıxarılmasına çağırış edəndən bəri bir neçə hədələyici mesaj alıb. Kinzinger yanvarında 10-da Trampı yanvarın 6-dakı hücumu təhrik etidiyə görə impiç olunmasının lehinə səs verən Nümayəndələr Palatasının 10 Respublikaçı üzvündən biridir.

Trampla bağlı Senatda məhkəmənin növbəti ay başlayacağı gözlənilir.

XS
SM
MD
LG