Accessibility links

İran Azərbaycanında bir edam məhkumu “qan sahibləri” tərəfindən əfv edilib


Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində edama məhkum olmuş bir məhbus qətlə yetirdiyi şəxsin ailəsi tərəfindən əfv edilərək dar ağacından xilas olub.

Qoşaçay (Miyandab) ədliyyə idarəsinin rəisi Adil Gülhüsyni İran xəbər agentliklərinə bu barədə məlumat verib.

“Bu məhbus 2 il əvvəl şəxsi ixtilaf səbəbilə bir şəxsi qətlə yetirmişdi. Məhkəmə ona qisas cəzası verdi. Amma ixtilafları həll etmə şurasının səyləri, habelə ağ saqqallar və nüfuz sahibi şəxslərin vasitəçiliyi ilə qan sahiblərindən razılıq alındı və edam məhkumu yenidən həyata döndü,” Gülhüseyni söyləyib.

İLNA agentliyinin xəbərinə görə, keçən təqribən bir ildə Qoşaçay şəhərində 11 edam məhkumu qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən əfv edilib.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG