Accessibility links

Əfqanıstanda jurnalist qadınların rolu


Əfqanıstanda jurnalist qadınların rolu
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Əfqanıstanın bəzi bölgələrində jurnalistlərə qarşı təhdidlərə baxmayaraq, şimal Bəlx vilayətində bir qrup qadın jurnalist həftəlik qəzet buraxır.

Bəlx vilayətinin paytaxtı Məzari-Şərifdə həftəlik Xurşidi Bəlx və ya Bəlx Günəşi adlı qəzet yerli və regional xəbərləri işıqlandırır.

Qadınların idarə etdiyi nəşriyyatın təsisiçisi və idarəedici redaktoru Neda Əzizinin dediyinə görə, bu, qadınların sərbəst və köməksiz işləyə bildiyini göstərir.

"Bu həftəlik qəzeti öz pullarımdan istifadə edərək qurdum və şəxsi xərclərimlə davam etdirirəm. Reklam olduqda, bu xərclərin bir hissəsində mənə kömək edir."

Əzizi digər iki qadın jurnalistlə işləyir.

Onlar mediaya qarşı hücumların sıçrayışına baxmayaraq, qadının roluna dair mədəni stereotipləri aradan qaldırır.

Jurnalistlərin Təhlükəsizlik Komitəsi 2020-ci ildə Əfqanıstanda media üzvlərinə qarşı zorakılıqların 26% artdığını bildirib.

Əzizi deyir ki, qəzetin populyarlığı artsa da, insanlar onun üçün pul ödəmək istəmir.

"Qəzeti mütəmadi olaraq almaq istəyən üç-dörd yer gördüm, ancaq maliyyə xərclərindən bəhs etdikdə, həftəlik qəzeti almaq istəmədilər. İnsanlar oxumaq istəyir, amma oxumaq üçün pul ödəmək istəmir."

Mədəniyyət və İnformasiya idarəsinin direktoru Məti-ul-Rəhman Kərimi bu vilayətdə qadınlar üçün yaxşı fürsətlərin mövcud olduğunu deyir.

"Bəlx qadınların müxtəlif sahələrdə, xüsusən də əksər işçilərin qadın olduğu dövlət və özəl media təşkilatlarında çalışmaq imkanları var.

Bəlx vilayətində qadınların idarəçiliyi altında bir həftəlik qəzet və üç radio var. Televiziya və radioda çalışan qadınların sayı da nisbətən çoxdur.

Hüquq müdafiəçiləri bunun bölgədəki bütün qadınların səsini ucaltmağa kömək etdiyini deyir.

“Qadınlar nə ilə qarşılaşır, qadınlar nələri yaşayır və nə şiddətlər görür. Kişilər isə yox. Bu səbəbdən qadınların mediada rol oynamaları olduqca əhəmiyyətli və dəyərlidir” - deyə, qadın hüquqları müdafiəçisi Mina Səlimi bildirib.

Təhlükəsizlik təhdidlərinə və mədəni problemlərə baxmayaraq, Bəlx Günəşi qəzetində çalışan jurnalistlər vacib və xəbər verilməyən mövzularda reportajlar hazırlamaqda davam edəcəklərini deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG