Accessibility links

İranda Azərbaycana dəstək aksiyaları ilə bağlı mühakimə edilən fəal cərimə ödəməyə məhkum edilib


Səccad Rəsulzadə
Səccad Rəsulzadə

Dağlıq Qarabağ müharibəsi zamanı İran Azərbaycanında keçirilən aksiyalar ilə əlaqədar mühakimə edilən milli fəal Səccad Rəsulzadə 5 milyon rial cərimə ödəməyə məhkum edilib.

Ərdəbil vilayətində Meşginşəhr (Xiyav) Cəza Məhkəməsi Rəsulzadəni “ictimai rəydə təşviş yaratmaq məqsədilə yalan xəbər yayma” ittihamı ilə mühakimə edib.

Türk fəal Səccad Rəsulzadə keçən ilin oktyabr ayında Qarabağa dəstək aksiyaları ilə əlaqədar yazılar paylaşdığı üçün təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və bir gün sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Amerikanın Səsinin surətini əldə etdiyi məhkəmə sənədinə əsasən, Meşginşəhr Cəza Məhkəməsi “İran polisinin təhlükəsizlik qurumu tərəfindən hazırlanan dəlillərə əsaslanaraq” hökm verib.

Keçən ilin sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmış yüzlərlə vətəndaşın mühakimə prosesi İran məhkəmələrində davam edir. Keçən həftələr ərzində mühakimə edilən bir sıra vətəndaşlar haqqında həbs və şallaq kimi cəza çıxarılırkən, bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox vətəndaş isə məhkəməyə çağırış gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG