Accessibility links

Azərbaycanın dörd iri dövlət şirkəti İnvestisiya Holdinqinin idarəetməsinə verilib


 Azərbaycan Hava Yolları" QSC (AZAL), "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC
Azərbaycan Hava Yolları" QSC (AZAL), "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC

Azərbaycanın bir sıra sıra iri dövlət qurumları – Azərbaycan Hava Yolları" QSC (AZAL), "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Bununla bağlı Prezident İlham Əliyev fevralın 12-də sərəncam imzalayıb.

Azərbaycan İnvestisiya Holdinqi 2020-ci il avqustun 7-də təşkil olunub. Prezidentin fərmanı ilə o, publik hüquqi şəxs kimi yaradılıb. Nizamnaməsinə görə, bu qurum tabeliyindəki müəssisələrin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi sahəsində fəaliyyət göstərməlidir.

Ekspertlər hesab edir ki, effektiv idarəetmədə əsas şərt şəffaflıq və hesabatlılıqdır.

İqtisadçı ekspert Toğrul Vəliyev bir müddət əvvəl Amerikanın Səsinə verdiyi müsahibəsində qeyd edir ki, dövlət şirkətləri çox problemlidir, onların böyük miqdarda borcları var.

"Strukturları çətindir ki, indiki halda onlardan nəsə əldə etmək çətindir. Bu, uzunmüddətli məsələdir. Bəlkə, ola bilər ki, bir neçə ildən sonra özəlləşdirməyə hazırlıq aparılsın. Amma yenə də bunu real görmək çətindir.”

Prezident İlham Əliyev bir müddət əvvəl bir sıra dövlət qurumlarını tənqid etmişdi. Dövlət başçısı həmin şirkətlərin dövlətdən böyük miqdarda dotasiya aldığını, əvəzində lazımı qədər vergi verilmədiyini qeyd edib.

XS
SM
MD
LG