Accessibility links

Asiyalı amerikalılara qarşı artan hücumlar və buna qarşı etirazlar


Asiyalı amerikalılara hücumlar və buna qarşı etirazlar
please wait

No media source currently available

0:00 0:02:03 0:00

ABŞ-dakı insan haqları qrupları ötən il koronavirus pandemiyası başladığından bəri asiyalı amerikalılarına qarşı nifrət nitqi və hücumların artmasını müşahidə etdiklərini bildiriblər. Yaşlı asiyalı amerikalılara qarşı son bir neçə zorakı insidentdən sonra asiyalıların əleyhinə əhval-ruhiyyə ilə narahatlığın artmasına gətirib çıxarıb.

Nümayişçilər son bir ayda asiyalı amerikalılara qarşı sonuncusu Kaliforniyanın Oakland şəhərində baş verən hücumların kəskin artmasından nifrətə etiraz etmək üçün küçələrə çıxdılar.

"Bu, anam ola bilərdi, ya da avtomobil yolunda hücuma məruz qalan atam və ya babam ola bilərdi" – deyə, nifrətə qarşı çıxan taylandlı amerikalı Cerri Reburn bildirib.

Oakland polisi buna cavab olaraq şəhərin Çaynataun (Çin şəhərciyi) bölgəsinə daha çox qüvvə yerləşdirib.

“Biz qüvvələrimizi Çaynataun icmasına köçürdük. Komanda postumuzu orada qurduq ki, kvartalın fərqli yerlərindən görünsün. Biz Çaynataun kvartalında sıravi patrul xidmətimizi artırdıq” – deyə, Oakland Polis rəisi Leron Armstronq qeyd edib.

Sabiq Prezident Trampın mənşəyi Vuhan olan “Çin virusu” adlandırdığı koronavirus pandemiyası başlayandan bəri asiyalı amerikalılara qarşı hücumlar davamlı olaraq artmaqdadır.

"Son bir ildə Asiyalılara qarşı irqçiliyin artması və icmamıza qarşı hücumların ağır təsirləri olduğunu bilirik" – deyə, Sintiya Çoy bildirib.

Son bir ildə “Stop AAPI Hate” təşkilatına ABŞ-da asiyalı amerikalılara qarşı 2800-dən çox irqçilik və ayrı-seçkiliklə bağlı insident haqda məlumat verilib.

Prezident Co Bayden ötən ay asiyalı amerikalılara qarşı irqi ayrı-seçkiliklə mübarizə məqsədi daşıyan sərəncam imzalayıb.

"O, asiyalı amerikalıların icmasına qarşı ayrı-seçkilik və davranışlardan narahatdır" – deyə, Ağ Evin mətbuat katibi Cen Psaki qeyd edib.

Ötən mart ayından bəri asiyalı amerikalılara qarşı məlumat verilən insidentlərin əksəriyyəti şifahi təhqirlə, insidentlərin təxminən 9%-i fiziki hücumlarla əlaqədar olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG