Accessibility links

Navalnının müttəfiqləri Avropa İttifaqından Rusiyaya qarşı daha ciddi sanksiyalar tələb edir


Navalnının həbsi Rusiyaya qarşı sanksiyaları artırır
please wait

No media source currently available

0:00 0:03:32 0:00

Avropa İttifaqı müxalifət lideri Aleksey Navalnının həbs olunmasının ardından dörd Rusiya rəsmisinə qarşı sanksiya tətbiq edib. Navalnının tərəfdarları Aİ-nin daha da irəli getməsini və Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqlərinə sanksiya tətbiq edilməsini istəyir.

Müxalifət lideri Aleksey Navalnı ötən ay Rusiyada sinir maddəsi ilə zəhərləndikdən sonra müalicə aldığı Almaniyadan Moskvaya dönərkən saxlanılaraq həbs edilib. Moskva bu məsələyə aidiyyatı olmadığını bildirir.

Əvvəlki şərti cəza şərtlərini pozmaq ittihamı əsasında Navalnını indi üç il ciddi rejimli cəzaçəkmə müəssisəsi gözləyir.

Onun həbsi Rusiyada həftələrlə davam edən etirazlara səbəb olub.

Avropa İttifaqı bazar ertəsi dörd Rusiya rəsmisinə qarşı Maqnitski sanksiyalarını elan edib. Bunlar Kremlin İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, Baş prokuror İqor Krasnov; Rusiya Milli Qvardiyasının başçısı Viktor Zolotov və federal həbsxana xidmətinin rəhbəri Aleksandr Kalaşnikovdur.…

"İlk dəfə olaraq, Avropa İttifaqının qlobal insan hüquqları rejimindən istifadə edəcəyik" - deyə, Aİ Xarici Siyasət Rəhbəri Cozep Borrell bildirib.

Dörd rusiyalı şəxs Aİ-nin səyahət qadağaları və hesablarının mümkün dondurulması ilə üzləşir.

Aleksey Navalnının müttəfiqləri bu addımı alqışlayıb, ancaq Avropanın daha da irəli getməsini istəyib və hədəf alınmalı olduqlarını söylədikləri onlarla şəxsin siyahısını hazırlayıblar.

“Çox az olsa da, dünya bir az məyus olsa da bizim üçün bu, insan haqlarının pozulması ilə bağlı ilk dəfə tətbiq olunan fərdi sanksiyalardır, bu mövzuda Avropa ilə daha çox danışıqlara yol açır və bu rejimin bir hissəsi olan insanlara çox açıq bir mesajdır” – deyə, Aleksey Navalnının qərargahının Baş Katibi Leonid Volkov qeyd edib.

Maliyyəçi Bill Brauder 2009-cu ildə onun vəkili Sergey Maqnitskinin Rusiyada həbsxanada vəfat etməsindən sonra Avropada insan haqlarını pozanları hədəf alan ‘Maqnitski qanunlarını’ qəbul etmək kampaniyasına rəhbərlik edib.

“Aleksey Navalnıya, mənə və başqalarına aydındır ki, sanksiya tətbiq edilməsi lazım olan insanlar Putinin “kassirləri”, Vladimir Putinin yaxın çevrəsində ondan pul alan və ona pul verən milyarderləridir. Əgər o insanlara sanksiya tətbiq etsək, o zaman Putin oyanacaq və diqqət yetirəcək” – deyə, İnsan Hüquqları müdafiəçisi və Hermitage Capital şirkətinin rəhbəri Bill Brouder bildirib.

Avropa daxilində Kremlə qarşı daha sərt tədbirlərin görülməsinə çağırışlar edilir. Polşa və Ukrayna keçən həftə Şimal axını 2 qaz kəməri layihəsinin ləğvi üçün ortaq çağırış ediblər. Bu il tamamlanması planlaşdırılan boru kəməri Rusiya qazını Ukraynadan yan keçərək birbaşa Almaniyaya nəql edəcək. Tənqidçilər bunun Rusiya Prezidenti Vladimir Putinə Avropa üzərində iqtisadi təsir imkanları verə biləcəyindən ehtiyat edir.

"Putinin qazdan geosiyasi silah kimi istifadə etməsindən sonra Avropada Rusiya qazından daha çox asılı olmaq tam siyasi ağılsızlıqdır" – deyə, Brouder əlavə edib.

Almaniya Şimal Axını 2-nin siyasi layihə deyil, biznes olduğunu iddia edir.

ABŞ prezidenti Co Bayden bundan əvvəl sələfi Donald Tramp tərəfindən Şimal Axını 2 layihəsində iştirak edən şirkətlərə qarşı tətbiq edilmiş sanksiyalara əlavə sanksiyalar tətbiq edib-etməyəcəyini hələ açıqlamayıb.

((INTRO)) [[The European Union has imposed sanctions on four Russian officials following the jailing of opposition leader Alexey Navalny. As Henry Ridgwell reports, supporters of Navalny want the EU to go much further – and sanction close allies of Russian President Vladimir Putin.]]

((NARRATOR))

Opposition leader Alexey Navalny was arrested and jailed last month as he returned to Moscow from Germany – where he had been receiving treatment after being poisoned by a nerve agent in Russia. Moscow denies involvement.

Navalny faces three years in a penal colony after being convicted of violating the terms of a previous suspended sentence.

His jailing has triggered weeks of protests across Russia.

The European Union Monday announced so-called ‘Magnitsky’ sanctions against four Russian officials:

Alexander Bastrykin, head of the Kremlin’s Investigative Committee; prosecutor-General Igor Krasnov; the head of Russia's National Guard, Viktor Zolotov…

((cf. courtesy ‘Government of Russia’))

…and Alexander Kalashnikov, head of the federal prison service.

((Josep Borrell, EU Foreign Policy Chief (in English) ))

“For the first time ever, we will make use of the European Union’s global human rights regime.”

((NARRATOR))

The four Russian individuals face EU travel bans and possible asset freezes.

Allies of Alexey Navalny welcomed the move but want Europe to go much further – and have drawn up a list of dozens of individuals they say should be targeted.

((Leonid Volkov, Chief of Staff for Alexei Navalny (in English))

“Even if it's too little, even if the world will be a little disappointed, for us it's the first-time personal sanctions are applied with regards to human rights violations, it opens a way for further negotiations on this with Europe, it sends a very clear message to people who are part of this regime.”

((NARRATOR))

Financier Bill Browder led the campaign for Europe to adopt the so-called ‘Magnitsky laws’ targeting human rights abusers, after Browder’s lawyer, Sergei Magnitsky who died in a Russian jail in 2009.

((Bill Browder, Human Rights Campaigner & CEO of Hermitage Capital))

((cf. mandatory Skype logo))

“It’s clear to Alexey Navalny and to me and to anybody else that the people that need to be sanctioned are Putin’s cashiers, the billionaire cronies of Vladimir Putin who are getting money from him and giving money to him. If we sanction those people, then Putin will wake up and pay attention.”

((NARRATOR))

There are calls within Europe for tougher measures against the Kremlin. Poland and Ukraine last week issued a joint call for the Nord Stream 2 gas pipeline project to be cancelled. The pipeline – on schedule to be completed this year - will take Russian gas directly to Germany, bypassing Ukraine. Critics fear it will give Russian President Vladimir Putin economic leverage over Europe.

((Bill Browder, Human Rights Campaigner and CEO of Hermitage Capital))

((cf. mandatory Skype logo))

“To become more dependent on Russian gas in Europe after Putin has used gas as a geopolitical weapon is sheer political lunacy.”

((NARRATOR))

Germany insists Nord Stream 2 is a business, not a political project.

U.S. President Joe Biden is yet to indicate whether he will impose additional sanctions against companies involved in Nord Stream 2, first enacted by his predecessor Donald Trump.

((Henry Ridgwell, for VOA News, London))

XS
SM
MD
LG