Accessibility links

AZƏRTAC-ın jurnalisti işdən çıxarılıb


Aygün Əliyeva (foto Aygün Əliyevanın facebook səhifəsindən götürülüb)
Aygün Əliyeva (foto Aygün Əliyevanın facebook səhifəsindən götürülüb)

Jurnalist Aygün Əliyeva çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyindən Facebook sosial şəbəkəsində yazdığı statuslarına görə kənarlaşdırılıb.

Bu barədə Amerikanın Səsinə jurnalist Aygün Əliyeva bildirib.

Onun sözlərinə görə, bələdiyyə seçkiləri ilə bağlı Facebook profilində bunları yazib:

"Niyə səsverməyə gedim ki? Allahın bir zibil qabını qoymurlar Onlara dedim hətta ölkə başçısı bələdiyyələrin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirir, burda nə var ki? Cavab verdilər ki, Prezident Administrasiyası belə istəyir".

İyirmi bir il AZƏRTAC-da çalışmış jurnalist haqsız olaraq işdən çıxarıldığını bildirib.

“Əvvəl dedilər Dövlət Təhlükəsizlik Xidməti şikayət edib guya məndən. Guya haqqımda iş açıblar. Amma DTX bunu təkzib edəndən sonra dedilər ki, administrasiyadan Vüqar Əliyev deyib. 22 xarici müxbirin demək olar ki, hamısı Əli Həsənlovla Ramiz Mehdiyevin qohumlarıdır, bir məndən və daha 2 nəfərdən başqa. Və onlar məndən başladılar. Aygün Əliyeva AZƏRTAC-DA 3 ildən çox buraxılış redaktoru olub, material redaktə edib buraxıb. Onun qeyri-peşəkar olub, guya redaktoru incitməsi nə dərəcədə həqiqət ola bilər? Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini magistratura səviyyəndə bitirib, iqtisadi jurnalistikada ən ağır və çətin mövzuda xəbərləri redaktə edən, Prezident və onun xanımını yerli və xarici tədbirlərdə müşayiət edib, təkbaşına birbaşa buraxılışa xəbər hazırlayan jurnalist 20 ildən sonra qeyri-peşəkar olur? Hansı məqamda?”- deyə, o bildirib.

O qeyd edib ki, AZƏRTAC-dan ona həmçinin, başqa bir statusla bağlı da irad bildiriblər:

"Elə avqustun 3-də mənə əlavə olaraq dedilər ki, "sən statusunda "mən iki uşaq doğmuşam" yazmısan, ayıb olsun. Azərbaycan qadınına, AZƏRTAC-ın işçisinə yaraşmayan ifadələr qurmusan". Mən isə buna etiraz etmişəm".

Arzu Əliyevanın sözlərinə görə, ərizə yazmaqdan imtina edəndən sonra onu işinin öhdəsindən gələ bilməməsini əsas gətirərək işdən çıxarıblar.

Jurnalist məsələ ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə onun iddiasını təmin etməyib:

“Mən ömrüm boyu heç vaxt müxalifətçi olmamışam. Müxalifyönümlü jurnalistika ilə məşğul olmamışam. Nəyə işləmişəmsə ona sədaqətli olmuşam. Amma bu o demək deyil ki, mən yaşadığım ərazidə bir zibil qabı qoymursa bələdiyyə və bundan etirazımı bildirəndə - “Axı niyə zibil qoymayan bələdiyyəyə səs verməliyəm” deyəndə - buna görə məni işdən çıxarırlar. İndi mənim idarəm demək istəyir ki, mən guya müxalifətçiyəm. Guya mən insanları seçkiləri boykot etməyə çağırmışam. Mən də demək istəyirəm ki, əgər bir insan bir narazılıq bildirirsə bu onu müxaliftəçi etmir. O sadəcə vətəndaşdır.”

Jurnalist Aygün Əliyeva deyir ki, yerli məhkəmələrdə ədaləti bərpa edə bilməsə, Avropa məhkəməsinə müraciət edəcək.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov isə Aygüb Əliyevanın Facebook-da yazdığı yazılarına görə işdən kənarlaşdırılması ilə bağlı sözlərinin doğru olmadığını söyləyir.

O, yerli meda agentliyinə bildirib ki, Aygün Əliyeva AZƏRTAC-da əvvəl texniki işçi kimi çalışıb, sonra şöbə müdiri və xüsusi müxbir vəzifələrində işləyib:

"İnformasiyaları həmişə gec göndərib, səhv hazırlayıb, peşəkar deyil. Bunun üstündə çoxlu mübahisələr olub, çox iclaslar keçirmişik, hətta bir dəfə cərimə də olunub. İnsan öz təqsirini boynundan atır. Facebook-da yazdığının bura nə dəxli var? Məhkəmə də məsələni obyektiv araşdırdı və qərar qəbul etdi".

Dağbəyi İsmayılov əlavə edib ki, Aygün Əliyevanın Prezident Administrasiyasının tapşırığı ilə işdən çıxarılması ilə bağlı iddiaları əsassızdır." Belə bir şey yoxdur və olmayıb da," o deyib.

Məsələ ilə bağlı Prezident Administrasiyasından, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG