Accessibility links

Robotlar da COVİD-lə mübarizəyə qoşulur


Robotlar da COVİD-lə mübarizəyə qoşulur
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Robotlar da COVİD-lə mübarizəyə qoşulur

İsveçrə startapı köhnəlmiş texnologiyadan istifadə edərək koronavirus pandemiyası fonunda təyyarə ilə səyahətlərin təhlükəsizliyinə inamı artırmağa çalışır.

Virus öldürən robot Sürixdə təyyarənin koridorlarında gəzir. Robot ultrabənövşəyi işıq dalğalarını yaymaq üçün insansız işləməlidir. UVeya-nın həmtəsisçisi Yodok Elmiger belə izah edir.

“Bu, olduqca köhnə texnologiyadır, amma çox təhlükəlidir. Bu səbəbdən işçini şüanın əhatəsindən çıxarmaq istəyirik, buna görə də robot yaratdıq” – deyə, o bildirib.

Ultrabənövşəyi şüalanma və ya radiasiyaya həddindən artıq məruz qalma insanlarda xərçəngə səbəb ola bilər. Ancaq UVeya-nın təsisçiləri müstəqil robot tərəfindən təqdim olunan onilliklərdir davam edən UV-C texnologiyasının koronavirusun öldürülməsinin tərs tərəfi olduğunu deyir. Elmiger bildirir ki, təyyarəni dezinfeksiya etmək üçün şüadan istifadə təmizləyici məhlullardan daha təhlükəsizdir.

“UV-C heç bir iz və ya kimya yaratmır. Yəni təhlükəsiz bir yeriniz olduğunu, oturacaqlarda, hər yerdə kimyəvi qalıq olmadığını bilmək səyahətçi üçün çox vacibdir” – deyə, Yodok Elmiger qeyd edib.

Robot bütün tək dəhlizli təyyarəni 13 dəqiqədə dezinfeksiya edə bilər. Mətbuat katibi Mehdi Quenin deyir ki, bu, İsveçrənin regional hava yolu şirkəti olan Helvetik Hava Yolları üçün xoş xəbərdir.

“Bu anda bir hava yolu şirkəti olaraq, hava səyahətinə inamı bərpa edə biləcəyimiz həqiqətən vacibdir. Beləliklə, sərnişinlərimiz, ekipajımız və təyyarəmizin təhlükəsiz olduğunu, virusun və bakteriyanın olmadığını bilsələr, yenidən uçmağa və yenidən uçmaq üçün xoş bir hissə sahib ola bilərik” - deyə, Helvetik Hava Yollarının mətbuat katibi Mehdi Quenin bildirib.

ABŞ-ın Ərzaq və Dərman İdarəsi UV-C radiasiyasının hava, su və gözlə görünməyən səthlər üçün bilinən dezinfeksiyaedici olduğunu, ancaq toz kimi sadə bir şey ona maneə törədə bilər deyib.

UVeya hazırda üç robot prototipinə malikdir. Onlar bu yaxınlarda nəqliyyatın keçən il 75% azaldığı Sürix hava limanında prototiplərdən birini nümayiş etdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG