Accessibility links

NATO-nun 72-ci ildönümü: İttifaq yeni çətinliklərlə üzləşir


NATO-nun 72-ci ildönümü: İttifaq yeni çətinliklərlə üzləşir
please wait

No media source currently available

0:00 0:03:22 0:00

NATO bu il yaranmasının 72-ci ildönümünü qeyd edir. Hərbi ittifaq yeni çətinliklərlə və davamlı təhlükələrlə üzləşir.

NATO tanış bir problemlə üzləşir: Rusiya qoşunları bu ayın əvvəlində Ukraynanın 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunan Krım regionunda təlimlər keçirir. Ukrayna prezidenti deyir ki, Rusiyanın təcavüzünü dayandırmağın bir yolu var: bu da Ukraynanın NATO-ya qoşulmasıdır.

Qərb müttəfiqlərinin 1949-cu ildə kollektiv özünümüdafiə prisipinə əsaslanan NATO-nu yaratmaq üçün Vaşinqton Sazişini imzalamasından 72 il ötür.

Təhlilçi Conatan Eyal deyir ki, Rusiya NATO-nun üzləşdiyi ən böyük çətinlikdir.

“Rusiya Avropa ölkələrini təhdid etmək üçün təkcə gücdən istifadə etməyə hazır deyil. O əslində elə gücdən istifadə edərək 10 ildən qısa müddət öncə başqa bir ölkənin ərazisini ilhaq edib. Bu da NATO-nun Avropada mərkəzi təhlükəsizlik struktur olaraq vacibliyini vurğulayır,” o bildirir.

NATO böyüməyə davam edir. Şimali Makedoniya ittifaqa 2020-ci ilin mart ayında qoşulub. Bosniya və Herseqovina rəsmi namizəddir, Ukrayna və Gürcüstan da namizəd olmağa iddialıdırlar.

Bu arada isə ABŞ Prezidenti Co Bayden Amerikanın təşkilat qarşısındakı öhdəliyini bir daha vurğulayıb. Onun sələfi Donald Tramp bir dəfə NATO-nu “köhnəlmiş” adlandırmışdı - bu da transatlantik alyans boyu sarsıntılara səbəb oldu.

“Prezident Baydenin Ağ Evə gəlməsi ilə bütün şübhələr aradan qaldırıldı,” Eyal bildirir.

Analitik Simona Soarenin dediyinə görə, Bayden həmçinin NATO-nun başqa strateji təhlükələri həll etməsini istəyir.

“İqlim dəyişikliyi sahəsində təhlükəsizlik və müdafiə baxımından əməkdaşlıq; texnologiya; Rusiya və Çinə qarşı yeni yanaşma; demokratiyanın necə təbliğ olunacağı və dezinformasiyaya və təxribat kampaniyalarına qarşı necə müdafiə olunacağına yeni yanaşma,” o deyir.

NATO bir neçə çətinliklə üzləşir. Buna Əfqanıstanda davam edən zorakılıqlar daxildir. Davamlı hücumlar təxminən 20 ildir aparılan NATO missiyasını sonlandırmaq səylərini çətinləşdirir.

Bundan əlavə daxili gərginliklər də mövcuddur, xüsusilə də müdafiə xərcləri ilə bağlı.

“Avropa İttifaqındakı insanların 90 faizindən çoxu NATO ölkəsində yaşayır. Amma NATO-nün müdafiə xərclərinin yalnız 20 faizi NATO-nun Aİ üzvlərindən gəlir,” NATO-nun baş katibi Yens Stoltenberq bildirir.

Birləşmiş Ştatlar, ehtimal ki, avropalı üzvlərə müdafiə xərclərini ÜDM-un 2 faizini təşkil etmək hədəfinə çatmaları üçün təzyiq göstərəcək. Bu hədəf 2014-cü ildə NATO-nun Uelsdə keçirilən sammitində təyin olunub.

“Prezident Bayden Uelsdə müdafiə öhdəliklərinin memarlarından biri idi, bu baxımdan da o, avropalıların müdafiələrinə daha çox pul xərcləməli olduqlarına dair fikrə çox isti yanaşır,” Avropa Ittifaqı Təhlükəsizlik Araşdırmaları İnstitutundan Simona Soare bildirir.

Bu arada isə Türkiyə NATO müttəfiqlərinin narahatlıqlarına baxmayaraq Rusiyanın raket müdafiə sistemini alıb.

“Hətta Türkiyə belə NATO-dan kənarda olmağın ittifaqa üzv olmaqdan yaxşı olacağına inanmır,” Kral Birgə Xidmətlər İnstitutundan Conatan Eyal bildirir.

Gərginliklərə baxamayaraq NATO artıq 72 ildir Avropanın təhlükəsizliyinin təməlini təşkil etməyə davam edir.

XS
SM
MD
LG