Accessibility links

Baydenin iqlim dəyişikliyi ilə mübarizəsi və dünya liderləri ilə zirvə görüşü


Baydenin iqlim dəyişikliyi ilə mübarizəsi və dünya liderləri ilə görüşü
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Aprelin 16-sı Yer kürəsi Günü idi və Prezident Co Bayden 40 dünya liderini iqlim dəyişikliyi mövzusunda virtual zirvəyə dəvət edib. Tramp administrasiyası BMT-nin Paris İqlim razılaşmasından çıxdıqdan sonra ABŞ beynəlxalq səviyyədə təhlükəli vəziyyətdədir. Müdafiəçilər Baydenin hər şeyi dəyişdirəcəyini gözləsələr də, bunu etmək asan olmayacaq.

"Bu gündən etibarən Paris İqlim razılaşmasına yenidən qoşulacağıq" – deyə, Bayden bildirib.

Prezident Co Bayden vəzifəyə başladığı ilk gündə iqlim dəyişikliyinin gündəminin ən başında olacağını nümayiş etdirməyi hədəf seçmişdi.

Baydenin Yer kürəsi Gününə həsr olunan sammiti dünya liderlərinə Tramp administrasiyasından sonra məsələyə baxışın dəyişdiyini göstərmək məqsədi daşıyır.

"Bu, ABŞ-ın iqlim dəyişikliyinə ciddi yanaşdığını göstərməkdən ötrü səhnəyə qayıtması üçün bir fürsətdir" - deyə, Dünya Resursları İnstitutunun iqlim siyasəti üzrə mütəxəssisi David Vaskov qeyd edib.

Vəziyyət gərginləşir.

İqlim dəyişikliyinin nəticələri daha çox meşə yanğınları, daha dərin quraqlıqlar və daha güclü fırtınalarla daha da aydın görünür.

2015-ci ildə BMT-nin Paris İqlim razılaşması qlobal istiləşməyə son qoymağı hədəfləyirdi. Ancaq mütəxəssislər Parisdə qarşıya qoyulan hədəfdən uzaqlaşıldığını bildirir.

"Hazırda ciddi risk altındayıq. İstiliklərin artmaqda davam etdiyini görürük. Tullantıların artmaqda davam etdiyini, lazım olmayan tərəfə getdiyini görürük. Buna görə də çoxları buna hərəkət et və ya 10 ili itir deyir" - deyə, Raşel Klitas qeyd edib.

Qlobal emissiyalar on illərdir ki, davamlı artım yolundadır. Hazırkı siyasət davam edəcək və problem daha da dərinləşəcək. Ancaq Vaskov iqlim dəyişikliyinin ən pis təsirlərindən qaçınmaq üçün 2030-cu ilə qədər tullantıların təxminən yarıya endirilməli olduğunu deyir.

"Əgər indi bu xətti əyməyə başlamazsanız, 2030-cu ili izləməsi lazım olan trayektoriyaya nail olmaq olduqca çətin olacaq" - deyə, o qeyd edib.

Mütəxəssislər Baydeni 2030-cu ilədək ABŞ-da tullantıları 50% azaltmağı elan etməyə çağırır. Ağ Ev hədəflərini zirvə görüşündən əvvəl elan edəcəyini bildirib.

Bayden günəş, külək enerjisi və elektrikli nəqliyyat vasitələrinin enerji doldurma stansiyaları tikmək, xaricə göndərilə bilməyən iş yerləri təqdim etmək kimi iqlim dəyişikliyinə qarşı mübarizədə fürsətlər görür.

Bu, 2,3 trilyon dollarlıq infrastruktur planının təməl daşıdır.

"Amerika İş Planı Amerika iş yerləri və Amerika ixtiraçılığı ilə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün dəyişiklik irəliləyişinə səbəb olacaq" - deyə, Prezident Bayden bildirib.

Ancaq Konqres bu planı qəbul etməlidir, Respublikaçılar isə qəti şəkildə buna qarşı çıxır.

"Bu, iqtisadiyyata zərər verəcək və iş yerlərimizin itirilməsnə səbəb olacaq. Bu, amerikalı vergi ödəyicilərinin vergiləri ilə maliyyələşdirilən hökumətin kütləvi şəkildə genişləndirilməsidir" - deyə, Respublikaçı Senator Con Tyün bildirib.

ABŞ-ın Baydenin istədiyi ixtisarları edəcəyi aydın deyil. Bu, ABŞ-ın qlobal olaraq mövqeyini zəiflədir.

"Bu siyasəti düzəldə bilmədiyimiz təqdirdə, ən yüksək göstəricilərdə beynəlxalq səviyyədə bu liderlik mantiyasını təmizləmək bizim üçün çətin olacaq" - deyə, Niskanen Mərkəzindən Cozef Maykut qeyd edib.

Bu arada, dünyanın gözü ən böyük tullantılara səbəb olan Çin və yüksəlməkdə olan Hindistan da daxil olmaqla, digər böyük çirkləndirici ölkələr üzərindədir. Noyabr ayında bu ölkələr Qlazqoda keçiriləcək böyük BMT konfransı ərəfəsində iqlim planları elan ediləcək.

XS
SM
MD
LG