Accessibility links

Təbrizdə pandemiya səbəbilə qapanma tədbirləri bir həftə daha uzadılıb


Təbriz bazarı
Təbriz bazarı

Təbrizin meri Təbriz şəhərində karantin tədbirlərinin bir həftə daha uzadıldığını elan edib.

İRNA xəbər agentliyinin yaydığı məlumata görə, Bəhruz Məhdəvi cümə axşamı aprelin 29-da Təbrizdə COVID-19 xəstəliyi səbəbilə bu şəhərdəki qırmızı vəziyyətin davam etdiyini və koronavirusa yoluxan xəstələrin sayı artdığına görə şəhərdə karantin tədbirlərinin gələn həftə də davam edəcəyini bildirib.

Təbriz meri vətəndaşlar tərəfindən sağlamlıq protokollarına riayət olunmadığını və sağlamlıq standartlarına artıq diqqət yetirilmədiyini dilə gətirərək, Təbriz şəhərində COVID-19 xəstəliyinin yayılmasınınn əsas səbəbinin maskalardan az istifadənin və sosial məsafənin qorunmamasının olduğunu bildirib. Lakin İran rəsmilərinin açıqlamalarına baxmayaraq, ictimai fəallar hökumətin pandemiyaya nəzarət etmək üçün kifayət qədər tədbirlər görmədiyinə görə tənqidlər irəli sürürlər.

Təbriz
Təbriz

İranda yüksək inflyasiya, ərzaq məhsullarının artan qiyməti və yerli valyutanın zəifləməsi nəticəsində əhalinin dolanışıq vəziyyəti pisləşib, digər tərəfdən isə pandemiya məhdudiyyətlərinin tətbiq edilməsi əlavə iqtisadi çətinliklərin yaranmasına səbəb olub.

Artan inflyasiya ilə yanaşı yeni günəş ilinin başlanması ilə birlikdə son aylarda toyuq və digər ərzaqların qıtlığı və vətəndaşların saatlarla sıralarda gözləməsi hökumətin idarəetmə üsulu ilə bağlı da tənqidlərə səbəb olub.

İranın bütövündə koronovirus xəstəliyindən dolayı həyatını itirənlərin ümumi sayı 71,351-ə çatıb.

Bu günə qədər 83 milyon əhalisi olan İranda ümumilikdə 1 milyon 2 min 591 doza koronavirus peyvəndi tətbiq olunub. Hökümətin vaksinasiya kampaniyası bölgədəki digər ölkələrlə müqayisədə yavaş irəliləyir. İranın ali ruhanisi Ayətullah Əli Xamenei daha öncə Amerikanın Pfizer-BioNTech və Britaniyanın AstraZeneca şirkətlərinin hazırladığı vaksinlərin idxalını qadağan edib. Buna görə İran öz yerli peyvənd istehsalı ilə yanaşı Rusiyadan peyvənd idxal edir. Bu günə qədər İrana Rusyadan 720 min doza Sputnik-V peyvəndi idxal edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG