Accessibility links

Milli İnşaat Muzeyi qapılarını yenidən açıb


Milli İnşaat Muzeyi qapılarını yenidən açıb
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Milli İnşaat Muzeyi qapılarını yenidən açıb

Paytaxt Vaşinqtonda yerləşən bəzəkli Milli İnşaat Muzeyi bir ildən çox müddətdən sonra qapılarını yenidən açıb.

Təmir işləri və COVID-19 pandemiyası səbəbi ilə 16 ay müddətində qapalı olan Milli İnşaat Muzeyi yeni bir sima və yeni sərgilərlə yenidən açılıb.

"Bir həftə sonu açıq qaldıq və iş saatlarımızı və günlərimizi məhdudlaşdırdıq, yalnız həftəsonları işləyirik, lakin bu həftə sonu adam çox idi" - deyə, Milli İnşaat Muzeyinin sərgilər üzrə vitse-prezidenti Keti Frankel bildirib.

Açılış münasibəti ilə muzey iki yeni sərgiyə başlayıb. Bunlardan biri MASS Design Group - Vərəm, Vəba və Ebola kimi xəstəliklərlə mübarizəyə yardım layihələri yaradan təşkilata həsr edilib.

“Səhiyyə mərkəzlərinin dizaynlarında mümkün qədər çox açıq məkan yaradaraq, həqiqətən xəstəliklərin yayılma riskini azaltmağa kömək etdiklərini gördük. Bundan əlavə dizaynlar yaxşı hava axını və çoxlu havalandırma, günəş işığı, təbiətə baxış və əlçatanlıq imkanları ilə təmin edir” - deyə, sərgi işçisi Kaitlin Bristol bildirib.

İkinci sərgi ABŞ-da silah zorakılığının qurbanlarına həsr olunmuş bir anım layihəsi olmaqla yanaşı, MASS Design tərəfindən rəssam Hank Villis Tomas və Hər Kəs Silah Təhlükəziliyi Üçün Fondu ilə birlikdə Amerikadakı silah zorakılığına qarşı ən böyük kampaniyadır.

“Amerika əhalisinin 58%-i birbaşa təsir altındadır və ya əzizlərindən biri silah zorakılığından təsirlənib. İllərdir xatirə konsepsiyası ilə maraqlanırıq, çünki əlbəttə ki, bu, həyatları xatırlamaq üçün bir yoldur”, Silah Təhlükəsizliyinə Dəstək Fondundan Noell Hovey deyib.

Memorial silah zorakılığından ölənlərin həyatını şərəfləndirmək üçün hər biri 700 şüşə blokdan ibarət dörd evdən təşkil olunub.

“Şüşə ev ABŞ-dır. Biz tez-tez barmaqlarımızı uzadır, bəlkə də başqa ölkələrin problemlərinə daş atırıq, ancaq öz cəmiyyətimizin zəifliyini bilmirik” , rəssam Hank Villis Tomas qeyd edib.

Silah Zorakılığı Arxivindən alınan məlumatlara görə, 2020-ci ildə silah zorakılığı təxminən 20 000 amerikalının həyatına son qoyub. Əlavə olaraq, 24 000 nəfər silahla intihar edib.

25 sentyabr 2021-ci il tarixinədək açıq olacaq sərgi ziyarətçilər üçün pulsuzdur.

XS
SM
MD
LG