Accessibility links

ABŞ Əfqanıstandakı hərbi qüvvələrini çıxarır


ABŞ Əfqanıstandakı hərbi qüvvələrini ölkədən çıxarır
please wait

No media source currently available

0:00 0:03:13 0:00

20 ildən sonra ABŞ Əfqanıstandan son qoşunlarını çıxarmağa başladı və bu, hər iki ölkə üçün dönüş nöqtəsi oldu.

Pentaqon rəsmiləri ABŞ-ın Əfqanıstandan hərbi qüvvələrinin geri çəkilməsinin hazırda davam etdiyini, bəzi avadanlıqların göndərilməyə hazırlandığını bildirib.

ABŞ Prezidenti Co Bayden təhlükəsizliklə bağlı ciddi narahatlıqları olduğunu etiraf edib, lakin ABŞ əsgərlərinin Əfqanıstanda qeyri-müəyyən müddətə qədər qala bilməyəcəyini bildirib.

"Əfqanıstanda Əl-Qaidə terror təhlükəsini azaltdıq və indi 20 illik dəyər, şücaət və fədakarlıqdan sonra bu qoşunları vətənə gətirməyin vaxtı gəlib" – deyə, Prezident Co Bayden qeyd edib.

Dövlət Departamenti əfqanları ABŞ-ın ölkə ilə bağlı öhdəliklərinə sadiq qaldığına inandırmağa çalışıb.

“Əfqanıstanda qalacaq yeganə hərbi mövcudluğumuz səfirliyimizi qorumaq üçün lazım olan çox məhdud qüvvədir və bu, sadəcə müzakirə etdiyim məsələyə görə vacibdir. Əfqanıstanda 20 illik hərbi müdaxilədən hərbi yolla ayrıldığımıza baxmayaraq, oradakı mövcudluğumuz səfirliyimiz, diplomatlarımız da daxil olmaqla mülki nümayəndələrimiz vasitəsilə qalacaq” - Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Hərbi qüvvələrin çıxarılması bəzi təhlilçilərə hər iki ölkə üçün dönüş nöqtəsi olan 1973-cü ildə ABŞ əsgərlərinin Vyetnamı tərk etməsini xatırladır.

“Düşünürəm ki, bir çox əfqan, xüsusən də şəhər yerlərində olan əfqanlar, xüsusən də Kabildə qadın mütəxəssislər var ki, onlar müəyyən dərəcədə ABŞ-ın bəzi öhdəliklər götürdüyünə və indi bundan qaçdığına inanır. Bu, Vyetnamdan ayrılmağımız kimi ABŞ xarici siyasəti üçün çox çətin bir andır” – deyə, Birləşmiş Qərargah Rəisi, keçmiş Xarici Siyasət Müşaviri Endrü Steynfeld bildirib.

Digər mütəxəssislər qeyd edir ki, Əfqanıstanın təhlükəsiz, çiçəklənən bir demokratiya olmasına kömək etmək işinin uğursuzluğuna görə məsuliyyət məsələsinə gəldikdə, burada günahkarların çox olduğu deyilir.

“Bu, heç bir nəticə verməmiş uzun və əhəmiyyətli investisiyadır. Ancaq bölgədə başqaları da Əfqanıstana sülh gətirməyib. Əksinə, onlar müxtəlif oyunlar oynamağa davam etdilər. Əfqanıstanın öz siyasi liderləri bir araya gəlmədilər və ya ölkəyə sabitlik gətirəcək şəkildə bir-biri ilə sülh yolu ilə danışıqlar aparmaq üçün vasitə tapmadılar” – deyə, Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbindən Daniel Markey bildirib.

Əfqan qadınların çoxu xarici qüvvələr getdikdən sonra Talibanın hakimiyyətə mümkün qayıdışından qorxduqlarını və çətinliklər qazandıqları haqları qorumaq üçün mübarizə aparacaqlarını deyirlər.

1990-cı illərin sonlarında Taliban Əfqanıstanı idarə edərkən qadınların evdən kənarda məktəbə və işə getmələri də daxil olmaqla ictimai həyatdə iştirakına qadağa qoyulmuşdu və bəzi qadınlar iddia edilən xəyanətlə əlaqədar edam edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG