Accessibility links

Çexiyanın Baş Naziri Avropa Şurasını silah anbarındakı partlayışda roluna görə qınamağa çağırıb


Çexiyanın Baş Naziri Adrey Babis deyib ki, o, Avropa Şurasını 2014-cü ildə Çexiya ərazisində silah anbarında baş verən ölümcül partlayışla əlaqəsinə görə Rusiyanı qınamağa çağırıb.

Babis jurnalistlərin mayın 8-də Portuqaliyada Avropa İttifaqının liderlərinin qeyri-rəsmi iki günlük sammiti zamanı partlayışı müzakirə edib-etmədiyinə dair suallarına cavab olaraq deyib ki, o, Avropa Şurasını bu ayın sonunda Brüsseldə keçiriləcəyi planlaşdırılan Aİ sammitində “bu cür addımları qınamağa və qəbuledilməz adlandırmağa çağırıb". Babis deyib ki, şura “bu cür hərəkətləri qəbul etməyin mümkün olmadığını və bizim Aİ-nın bir üzvünə qarşı bu hücumU hamımıza qarşı edilən bir hücum olaraq görməli olduğumuzu” açıq-aydın bildirməlidir.

Babis aprelin 17-də elan edib ki, Çexiyanın kəşfiyyat və təhlükəsizlik xidmətlərinin təhqiqatçıları 2014-cü ildə Vrbetitsedə sursat anbarında baş verən partlayışda Rusiyanın hərbi kəşfiyyatı QRU-nun 29155 nömrəli bölməsinin üzvlərinin rolunun olduğuna dair böyük şübhə yaradan “açıq dəlillər” irəli sürüb.

Partlayışda iki nəfər həyatını itirib.

Çexiya hökuməri cavab olaraq casus olduqlarını hesab etdiyi Rusiyanın 18 diplomatını qovub və bu da Praqa ilə Moskva arasında bir sıra qarşılıqlı addımların atılması səbəb olub.

Rusiya partlayışda əli olduğunu inkar edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG