Accessibility links

ABŞ-da COVİD sonrası səyahətlər


ABŞ-da COVİD sonrası səyahətlər
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Səyahət trendlərini izləyən qeyri-kommersiya qrupu Triple A-ya görə 2020-ci ilə nisbətən ABŞ-da yaxınlaşan Memorial Günü ilə əlaqədar həftə sonu səyahət həcminin ən azı 60% artması ehtimalı olunur. Bu il ən həyəcanlı səyahətçilər arasında milenieallar və yaşlılar var.

Təyyarədə, avtomobildə, kruiz gəmisində - amerikalıların 35%-dən çoxu koronavirusa qarşı tam peyvənd olunduğu üçün səyahətlər bu yay yenidən qayıdır.

Başqaları kimi, Deyvid Beyn və ailəsi son 14 ayı evdə karantində keçirib. Ancaq COVID peyvəndinin hər iki dozasını aldıqdan sonra yay üçün səyahət planı hazırlayır.

“Gəzə biləcəyimiz səyahətdən daha çox şey düşünürük. Kosta Rikada və ya Barselonanın şimalında yerləşən Selva Verde Lodca uçmaq üçün yerləri nəzərdən keçiririk” - deyə, o bildirib.

Və səyahət agentləri deyirlər ki, bir çox amerikalı oxşar planlar qurur.

"Amerikalıların üçdə ikisindən çoxunun bu mövsüm səyahət planlaşdırdığını göstərən son rəy sorğumuz var" - "Trip Advisor"un nümayəndəsi Elizabet Monahan bildirib.

Amerikada yay tətili mövsümü ənənəvi olaraq may ayının sonunda Memorial Günü ilə əlaqəli uzun həftə sonundan sonra başlayır.

“Memorial Günü yay səyahətinin necə olacağına dair yaxşı göstəricisidir. Bu proqnozla 37 milyon insan - keçən illə müqayisədə 60% artaraq 2019-cu ildəkindən 13% daha az insan səyahət edəcək. Bu, yay səyahətində görəcəyimiz şeylər baxımından həqiqətən yaxşı bir sınaqdır” - deyə, ABŞ avtomobil assosiasiyasının mətbuat katibi Canet Makgi bildirib.

Əksər amerikalılar bir çox çimərliklərə və milli parklara tərəf gedərək ölkə daxilində səyahət edəcəklər.

Amerika Avtomobil Assosiasiyası bildirir ki, sürücülük ən populyar nəqliyyat vasitəsi olaraq qalır - Amerikalıların yarısından çoxu uzun səyahət planlaşdırırlar.

“Yol gəzintisinə gəldikdə, insanlar üçün öz avtomobillərində səyahət etmək daha rahatdır, xüsusən keçən il pandemiyada. Öz avtomobilin, öz yerin. Harada dayanacağınız, kiminlə gedəcəyinizə özünüz qərar verirsiz” - deyə, Canet Makgi qeyd edib.

Daha çox ailə ev heyvanlarını özləri ilə aparır - bu ev heyvanlarının çoxu keçən il COVID məhdudiyyətlərinin başlanğıcında himayəyə götürülmüşdü. Pandemiya amerikalıların kiminlə birlikdə səyahət etməsinə də təsir edib.

"Biz nənə və babanın nəvələri ilə səyahət etdiyi müxtəlif nəsildən olan səyahətçiləri görürük, bütün ailələrin birlikdə səyahət etdiyini görürük, çünki nəhayət bir araya gələrək bu ailə görüşlərini edə bilirlər və bunu ancaq səyahət yolu ilə edə bilirlər" - Qlobal İctimaiyyətlə Əlaqələr Virtuoso İdarəedici direktoru Misti Belles bildirib.

Bu yay ən maraqlı səyahətçilər yaşlılardır. Xaricə getməyə, təyyarə biletləri və ya gəmi turu almağa hazırdırlar.

“Onların 95% -i vaksinasiyadan sonra səyahət edəcəklərini deyib. Bir ildən çox müddətə səyahətə heç bir şey xərcləmirdilər. Beləliklə, indi xərcləməyə büdcələri var, buna can atırlar!” - deyə, Belles bildirib.

Səyahət qiymətlərindəki artım otel və hava yolu biletlərinin bahalaşmasına səbəb olub. Ancaq turistlər bu dəyişikliklərə görə həvəsdən düşmürlər - tətilsiz keçən bir il ərzində çoxları səyahətə münasibətlərini yenidən qiymətləndirib.

XS
SM
MD
LG