Accessibility links

İsrail polisi yəhudilərin Məbəd dağını ziyarət etməsinə icazə verib


İsrail polisi bazar günü 120 yəhudi ziyarətçini Qüdsdə yerləşən və polisin əməllərinin Qəzzaa müharibə ilə nəticələnən etirazlara və zorakılıqların baş verdiyi müqəddəs əraziyə müşayiət edib. Bu barədə əraziyə nəzarət edən İslam idarəsi bildirib.

Vəqf bildirib ki, polis fələstinliləri Əl-Əqsa məscidi kompleksindən çıxarıb və 45 yaşından aşağı müsəlmanların orada daxil olmalarını qadağan edib. Kompleksə daxil olan müsəlmanlar girişdə şəxsiyyət vəsiqələrini təqdim etməli olublar. Qurum alt fələstinlinin saxlanıldığını, onlardan dördünün daha sonra sərbəst buraxıldığını bildirib.

İsrail polisi hər hansı yaş məhdudiyyətinin olduğunu inkar edib və “ictimai nizamı pozan” beş şübhəli şəxsi həbs etdiyini bildirib.

İsrail polisinin sözçüsü Miki Rozenfeld deyib ki, ərazi “adi ziyarətlər” üçün açılıb və polis “insidentlərin” qarşısını almaq üçün ərazini mühasirəyə alıb.

İsrail polisi atəşkəsin qüvvəyə minməsinin ardınca cümə namazından sonra fələstinli etirazçılarla qısa toqquşma yaşayıb.

Vəqf bazar günü bildirib ki, bu, mayın 4-dən, yəni müharibə başlamadan bir həftə öncədən bəri ilk dəfədir ki, yəhudilərin əraziyə daxil olmalarına icazə verilir.

Əl-Əqsa məscidi İslam dünyasının üçüncü ən müqəddəs yeri hesab olunur. Məscid Qüdsün Köhnə Şəhərində geniş bir təpənin üzərində yerləşir. Həmin təpə İncirdəki məbədlərin yerləşdiyi yer olduğu üçün yəhudilr tərəfindən ən müqəddəs yer sayılır. Ərazidə tez-tez israillilərlə fələstinlilər arasında zorakılıqlar və 2000-ci ildə baş verən fələstinlilərin intifadasının episentri olub.

İsrail polisi mayın 10-da Qəzzanın militant Həmas idarəçiləri Qüdsə uzun mənzilli raket atmasından öncəki bir neçə gündə dəfələrlə fələstinli etirazçılarla toqquşub. 11 günlük müharibəyə səbəb olan bir digər məsələ onlarla fələstinli ailənin Qüdsdə yaxınlıqdakı məhəllədəki evlərindən çıxarılacaqlarına dair təhdidlər olub.

Son illərdə əraziyə Məbəd dağını daha çox dini və millətçi yəhudilər ziyarət etməyə başlayıb. Fələstinlilər qorxur ki, İsrail sonra kompleksi ələ keçirməyi və ya bölməyi planlaşdırır. İsrail hökuməti dəfələrlə status-kvonu dəyişmək niyyətinin olmadığını bildirib. Bu status-kvo altında əraziyə İordaniyanın qəyyumluğu ilə Vəqf nəzarət edir.

XS
SM
MD
LG