Accessibility links

Qərbi Azərbaycan vilayətində siyasi məhbus Səccad Şəhiri sərbəst buraxılıb


Aprelin 4-dən bəri Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədə) şəhərində həbs cəzasını çəkməkdə olan milli fəal Səccad Şəhirinin sərbəst buraxılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına görə, türk fəal may ayının 25-də azad edilib.

Siyasi fəalın 6 aylıq həbs cəzası tamalanmadan “erkən azadlıq” maddəsindən yararlanaraq sərbəst buraxıldığı bildirilir. O, habelə keçən yanvarın 16-dan martın 18-ə qədər müvəqqəti nəzarətdə saxlanılmışdı.

Səccad Şəhiri daha əvvəl “İslam Respublikası nizamına qarşı təbliğat” fəaliyyəti göstərmək ittihamı ilə Sulduz Cəza Məhkəməsində mühakimə edilərək 6 ay həbsə məhkum edilmişdi. O, Qərbi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin də qüvvədə saxladığı həbs cəzasını çəkmək üçün keçən aprel ayının 4-də həbsxanaya göndərilmişdi.

Milli fəal keçən yanvar ayında təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb 2 aydan artıq nəzarətdə saxlanıldıqdan sonra mülki zəmanət qarşlığında müvəqqəti azadlığa buraxılmışdı.

Səccad Şəhiri keçən illərdə də mədəni fəaliyyətləri ilə əlaqədar həbs və təqibə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG