Accessibility links

Amerikalılar arasında 6 yanvar basqınlarına dair fikir ayrılığı mövcuddur


Harvey Vasserman Florida sakini və ABŞ Hərbi Hava Qüvvələrinin veteranıdır. 2016 və 2020-ci il prezident seçkilərində Respublikaçı Donald Trampa səs vermişdi, lakin sabiq prezidentin yüzlərlə tərəfdarının 6 yanvar Kapitoli binasına basqın etməsini dəhşətlə izləmişdi.

"Mədəm düyünlənmişdi. Sözdə Tramp tərəfdarlarının cahilliyi dünyaya Respublikaçılar Partiyasının qaranlıq tərəfini göstərməkdən başqa bir şey etmirdi. Ona səs verdiyim üçün bir az utandım” - deyə, o Amerikanın Səsinə bildirib.

800-dən çox insanın binaya girməsi Konqresin Seçicilər Kollegiyasının səsləri təsdiqləməsi və demokrat Co Baydenin 3 noyabr seçkilərindəki qələbəsini rəsmiləşdirmə cəhdini müvəqqəti dayandırması hesab edilir. Həmin gün baş verən hadisələr nəticəsində beş nəfər ölmüş, çox sayda hüquq-mühafizə orqanı əməkdaşı yaralanmışdı.

Ancaq təxminən beş ay sonra Vasserman həmin günün zorakı hadisələrini fərqli şəkildə izah edir.

"Geriyə baxaraq nə baş verdiyini anlamağa çalışarkən, daha aqressiv təşviqatçıların əhəmiyyətli hissəsinin radikal qruplar tərəfindən gəldiyinə inanıram" - deyə, o izah edib və o,Antifa kimi solçu qrupların hücumlara cavabdeh olduqları barədə təkzib edilmiş iddiaları təkrarlayıb.

"Vətənpərvərlərin dövlətimizin rəmzlərinə və idarəetmə yerinə hörmət və ehtiramı müqəddəsdir. Tramp tərəfdarları heç vaxt Amerika bayrağını və dirəyini Kapitol Binasına girmək üçün istifadə etməzlər" - deyə, Vasserman bildirib.

Ancaq faktlar bunun əksini göstərir. May ayının əvvəlindən etibarən federal prokurorlar Trampın seçkilərin ona qarşı saxtalaşdırıldığı iddiasına rəğbət bəsləyən 440-dan çox insanı həbs etdiyini və ən azı 100 nəfərin də eyni aqibəti yaşayacağını gözlədiklərini bildirib.

ABŞ Nümayəndələr Palatasındakı Demokratlar bu yaxınlarda iğtişaşları araşdırmaq üçün 10 nəfərlik iki partiyalı komissiya yaradacaq bir qanun layihəsi qəbul edib. Ötən həftə Senatdakı Respublikaçılar oxşar bir qanun layihəsini rədd edərək bu cəhdlərə son qoyublar.

Amerikalı seçicilər əksəriyyəti siyasi mənsubiyyətə görə necə davranacağına dair fikir ayrılığı yaşayır.

19-20 may tarixlərində keçirilən Harvard CAPS / Harris sorğusunda Demokrat seçicilərin təxminən 70% -i Kapitoli Binasının basqınının Konqresin istintaq aparmasını tələb etdiyini deyib.

Bununla birlikdə, Respublikaçı seçicilərin 62% -i FTB və Ədliyyə Departamenti tərəfindən aparılan araşdırmaların kifayət qədər olduğuna inanır. Müstəqil seçicilər bu mövzuda bərabər şəkildə bölünüblər.

"Amerikada baş verən bir çox hadisə kimi burada da heç vaxt həqiqəti bilməyəcəyik" - deyə, Vasserman 6 yanvar qiyamlarının səbəbkarlarına dair şərhində qeyd edib. "Ancaq başqa bir Konqres ifritəsi ovu üçün daha çox pul sərf etməyimizə ehtiyac yoxdur" - deyə, o əlavə edib.

Ölümcül basqından bir həftə sonra Nümayəndələr Palatası Trampı “qiyam təşəbbüsü” səbəbi ilə impiçment etmişdi. Bayden bir həftə sonra 20 yanvar tarixində ölkənin 46-cı prezidenti kimi and içmişdi. Tramp isə andiçmə mərasimində iştirak etməmişdi.

Cillian Dani də Florida mərkəzindən bir Tramp seçicisidir. Vasserman kimi o da əlavə bir komissiyaya ehtiyac olduğuna inanmır. Ancaq o deyib ki, əlavə araşdırmalara əsasən, keçən yay baş verən irqi ədalət uğrunda Qaraların Həyatı Mühümdir (BLM) etirazları və qiyamları ilə bağlı sorğuları da daxil etməlidir.

"Həm paytaxt iğtişaşlarında, həm də BLM üsyanlarında iştirak edənlər əsasən dinc nümayişçilər idi, lakin daha kiçik bir qrup hər kəs üçün bunu məhv etdi. Bütün iğtişaşlar səhvdir və BLM nümayişlərində daha çox insan öldü. Düşünürəm ki, iğtişaş və öldürmə üçün digərlərindən daha yaxşı səbəblər var” - deyə, o qeyd edib.

Amerikanın Səsinə danışan çox sayda Demokratik seçicilər sözügedən iki etirazı bərabər saymır. Onlar 6 yanvar etiraz və iğtişaşlarının azad və ədalətli seçkilərin nəticəsi olduğu bir neçə dəfə sübut edilmiş zəfər olan Baydenin qələbəsinin sertifikatlaşdırılmasını pozmaq məqsədilə həyata keçirildiyini qeyd ediblər. Bəziləri iddia edir ki, Qaraların Həyatı Mühümdür etiraz və iğtişaşları afrikalı amerikalılara qarşı polis vəhşiliyinə cavab idi. BLM-in tənqidçiləri bu etirazlarda ölənlərin sayının daha çox olduğunu söyləsə də, hərəkat tərəfdarları şiddətin nadir olduğunu qeyd edirlər.

ABŞ Prinston Universiteti və Silahlı Münaqişə Məkanı və Hadisələri Məlumat Proyektinin birgə səyləri ilə aparılan Böhran Monitorunun təhlillərinə görə, 2020-ci ildə ölkənin 2700-dən çox yerində 10 000-dən çox nümayişin 94%-də heç bir zorakılıq qeydə alınmayıb. Ən azı 25 ölüm etirazlarla əlaqələndirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG