Accessibility links

ABŞ-da vaksinasiyanın təşviqi üçün müxtəlif üsullardan istifadə olunur


ABŞ-da vaksinasiyanın təşviqi üçün müxtəlif üsullardan istifadə olunur
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Amerikadakı ştatlar və bizneslər nəhəng pul mükafatlarından tutmuş pulsuz imtiyazlara qədər sakinləri COVID-19-a qarşı vaksinasiyaya təşviq etmək üçün müxrəlif yollar təklif edirlər.

Kaliforniya qubernatoru Qavin Nyusom peyvəndləri təşviq etmək üçün böyük pul mükafatı təqdim edib. 116 milyon dollar dəyərində olan proqramda hədiyyə kartları və böyük pul mükafatları var.

“11 iyun cümə günü Kaliforniya ştatı püşkatma mərasimi keçirəcək. Kaliforniya ştatında vaksin olunmuş hər kəsin adı bu püşkatmada yer olacaq, onlar hamısı deyilən tarixlərdən əvvəl peyvəndlənəcək tələblərə uyğundur və ümid edirəm 50 dollarlıq təşviq kartı əldə etdiyinizə diqqət yetirdiniz və püşkatmada 15 nəfər 50.000 dollar pul mükafatı qazanacaq" - deyə, Qavin Nyusom bildirib.

Ştatın qiymətləndirməsinə görə, 15 iyun tarixində planlaşdırılan ştatın yenidən açılması ərəfəsində tələblərə uyğun olan 12 milyon Kaliforniya sakini peyvənd olunmayıb.

"Ancaq ilk doza almış kaliforniyalıların böyük əksəriyyəti 15 iyundan əvvəl ilk doza almaq istəyənlər, o gecə 15 milyon dollar paylanacaq, 10-a yaxın isə milyon yarım dollarlıq mükafatlar olacaq” - deyə, Nyusom əlavə edib.

Qərbdən şərq sahilinə gəlsək, Nyu York şəhərində bəzi bizneslər peyvənd olunduğunu göstərən insanlara pulsuz bonuslar təqdim edir.

"Nyu-Yorkun Bruklin şəhərindəki “Juniors”dayıq, peyvənd olunduğum üçün pulsuz Çizkeyk almağa gəlmişəm" – deyə, Kristina Coy bildirib.

O, bunu xüsusi insanla paylaşacaq.

"Bax, bu balaca buradadır" - deyə, Kristina Coy qeyd edib.

“Juniors” restoranının sahibi Alan Rozen ictimai sağlamlığı təbliğ etmək üçün üzərinə düşəni etdiyini deyir.

"Hamı nə qədər tez peyvənd olunarsa, bir o qədər normallaşacağıq" - deyə, o qeyd edir

Tayms Meydanındakı “Krispy Kreme” şirniyyat mağazasında vaksin kartınızı göstərərək pulsuz donat əldə edirsiniz.

"Onlara gündəlik peyvənd donatı üçün gedəcəyimi deyirəm. Bu, peyvəndlənmə səbəblərindən biri olduğunu demək istəmirəm, çünki elə deyil. Ancaq bu, xoş bir üstünlükdür" – deyə, Coş Sedakka bildirib.

Dövlət aylarca görülən pandemiya məhdudiyyətlərindən çıxdıqca, digər bizneslər də peyvənd kartları göstərənlər üçün pulsuz xidmətlər təqdim edirlər.

XS
SM
MD
LG