Accessibility links

Artırılmış Reallıqla çalışan şüşə


Artırılmış Reallıqla çalışan şüşə
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Bir texnologiya şirkəti applikasiyalara və naviqasiya sisteminə daxil olmaq üçün smartfon əvəzinə ağıllı şüşə yaradır. Bu şüşə artırılmış reallıq sayəsində virtual obyektləri və məlumatları görmək üçün maşının ön şüşəsində və pəncərələrdə istifadə edilə bilir.

Cib telefonuna baxıb istiqamət almaq yararlı ola bilər, ancaq bu halda sürücü kiçik ekranda xəritəyə nəzər salmaq üçün gözünü yoldan çəkməli olur.

Bəs əgər daha təhlükəsiz hərəkət etmək üçün bütün ön şüşə naviqasiya cihazına çevrilsə, onda necə?

“İnsandan uzaq 3 ölçülü şəkillər yarada bilərik və bunlar müəyyən şüşədən görünə bilər. Buna holoqrafik şüşə deyirik” – deyə, WayRay şirkətinin qurucusu və rəhbəri Vitali Ponomaryov bildirir.

İsveçrənin WayRay şirkəti iki şüşə parçasının arasına yapışdırıldığı zaman obyektivə bənzəyən unikal bir lent yaradıb. Bu lent avtomobilin idarəetmə panelinə quraşdırılmış proqram təminatı və lazer proyeksiyası ilə birləşdirildiyi zaman sürücü şüşədən artırılmış reallığı, virtual məlumatı görə bilər. Bu isə onu yalnız xüsusi eynək və ya qulaqlıqla istifadə edilə biləcək digər artırılmış reallıq təcrübələrindən fərqləndirir. Bunu WayRay-ın qurucusu Vitali Ponomaryov deyir.

“Biz işığı birbaşa gözün torlu qişasına əks etdirmək üçün difraksiyadan istifadə edirik. Ona görə də o, gerçək 3D obyekt kimi görünür. Yəni biz həqiqi obyektin necə işıq saçacağını simulyasiya edirik" – deyə, o qeyd edib.

Naviqasiya ilə yanaşı, ilk növbədə avtomobillərdə mövcud olan sensorların məlumatlarını istifadə edərək şüşə digər avtomobilləri, piyadaları və ya əşyaları aşkar edən təhlükəsizlik məlumatlarını da əks etdirə bilər. Ancaq WayRay texnologiyası yalnız avtomobilin ön şüşəsi ilə məhdudlaşmır.

Artırılmış reallıq təyyarələrin şüşələrindən tutmuş qatarlara və binalara kimi istənilən şəffaf səthdə mümkündür.

Gələcəkdə istifadəçilər şüşədəki holoqrafik ekranlar vasitəsilə oyun oynaya, sosial mediaya daxil ola, gördükləri barədə məlumat öyrənə bilər.

WayRay-in qurucusu 2023-cü illərdə bəzi yeni avtomobillərdə artırılmış reallıq şüşələrinin tətbiqini gözləyir.

XS
SM
MD
LG