G-7 sənayeləşmiş ölkələr qrupunun liderləri bu həftə sonu İngiltərədə görüşür. COVID, iqlim dəyişikliyi və vergi məsələləri gündəmdədir. ABŞ Prezidenti Co Baydenin Avropa müttəfiqləri ilə səmimi görüşləri gözlənilir.
İngiltərənin ABŞ, Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanada liderlərini qəbul etməyə hazırlaşdığı bir vaxt Cornvola 6.5 min polis məmuru yerləşdiriləib, İngilis hərbi gəmiləri sularda patrul çəkir.
G-7 zirvə görüşü Co Baydenin ilk xarici səfərini təmin edir.
Şərhçi Tomas Kleyn-Brokhoff deyir ki, keçmiş prezident Donald Tramp dövründə dördillik problemli transatlantik münasibətlərdən sonra Bayden Avropada isti qarşılanacaq.
“Müttəfiqlərlə güvən - itirilmiş etimadı bərpa etmək təşəbbüsü gündəmin mərkəzindədir. Və bu mesaj yüksək səslə gəlir. ”
Brokhoffun dediyinə görə, yara izləri tam sağalmayıb.
"Co Baydenin iki millətçi prezidentlik və uzun müddətdir dəyişmiş Amerika arasında intermezzo ola biləcəyinə dair şübhələr də var."
Buna baxmayaraq, analitiklər Böyük Yeddilik liderlərinin çoxsaylı problemlər arasında güclü bir birlik nümayiş etdirəcəklərini deyir.
Hazırda Çatham House-da çalışan və sabiq hökumət məsləhətçisi Kreon Batler:
“COVID-dən qurtuluş ümumiyyətlə ən mühüm məsələdir və bu, Böyük Britaniyanın sammiti hansı şəkildə təqdim edəcəyindən asılıdır. ”
Sammiti təşkil edən Boris Conson G-7-nin 2022-ci ilin sonunadək bütün dünyanı vanskinasiyana yardım edəcəyinə söz verib.
Bu ritorikanı reallaşdlrmaq həyati əhəmiyyət daşıyır.
G-7 liderləri eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə mövzusunda da iş aparacaq. Ticarət və vergi də gündəmdədir. Yeddiliyin maliyyə nazirləri keçən həftə minimum 15% vergi dərəcəsi üçün planı dəstəkləyib.
“Bu, həqiqətən inqilabi xarakter daşıyır, çünki vergitutma hüquqlarının bölüşdürülməsi barədə razılaşma var. Lakin şirkətlərin vergi iqamətgahının olduğu yerdə deyil, eyni zamanda çox böyük gəlir əldə etdikləri başqa yerlərdə çox az vergi ödəməsi məsələsi var” , Batler deyib.
Rusiya və Çinin G-7 demokratiyaları üçün təhdidi də müzakirə ediləcək.
“Qərb ölkələrinin Çinə qarşı ortaq bir yanaşma tapa biləcəyi və Prezident Baydenin özünün daxili siyasi məqsədləri üçün lazım olan dili və öhdəliyi avropalı müttəfiqlərindən ala biləcəyi mənim üçün böyük sualdır” - deyə, Tomas Kleyn-Brokhoff bildirib.
G-7 liderlərindən bir neçəsi gələn NATO sammiti üçün İngiltərədən birbaşa Brüsselə gedəcək. Prezident Bayden Avropa İttifaqı liderləri ilə görüşəcək.
Analitiklər görüşlər ardıcıllığının gələn həftə Cenevrədə Vladimir Putinlə Bayden görüşü ərəfəsində müttəfiqlərin dəstəyini vurğulamaq məqsədi daşıdığını deyir.