Accessibility links

İsrail İrana qarşı sərt mövqedən çıxış edir


İsrail İrana qarşı sərt mövqedən çıxış edir
please wait

No media source currently available

0:00 0:03:50 0:00

İsrail İrana qarşı sərt mövqedən çıxış edir

ABŞ Prezidenti Co Bayden Amerikada səfərdə olan İsrail Prezidenti Reuven Rivlini ABŞ-ın İranın nüvə gücünə çevrilməsinə yol verməyəcəyində əmin edib. Təminatlara baxmayaraq, bir çox israilli buna şübhə ilə yanaşır. ABŞ İranın nüvə anlaşmasına yenidən qoşulmağa çalışarkən, İsrail analitikləri İranın nüvə bombası istehsalına yaxınlaşdığını deyir.

Vəzifəsindən gedən İsrail prezidenti Reuven Rivlin ABŞ prezidenti Co Bayden ilə görüşəndə İranın nüvə proqramı ilə bağlı mübahisəli məsələni müzakirə edib.

"İran heç vaxt dediyim mənim dövrümdə nüvə silahı əldə etməyəcək" - deyə, Bayden bildirib.

"Dəyərləri, demokratiya dəyərlərini və liberalizm dəyərlərini bölüşürük. Buna görə, əlbəttə ki, həqiqi bir dostluğa görə zaman zaman məsələləri müzakirə edə bilərik və hətta hər şey barədə razılığa gəlməməyi qəbul edə bilərik. Ancaq sizin dediklərinizə etibar edirik", Rivlin qeyd edib.

İsrailin yeni Baş naziri Naftali Bennett ilk kabinet iclasında İranla bağlı sərt mövqedən çıxış etmişdi.

"Dünya gücləri nüvə razılaşmasına qayıtmadan əvvəl oyanmalı və kiminlə iş apardıqlarını başa düşməlidir Bu, son şansdır. Bu insanlar kütləvi qatillərdir. Minlərlə deyil, milyonlarla insanın öldürülməsini təmin edəcək qəddar cəllad rejiminin heç vaxt kütləvi qırğın silahlarına sahib olmasına icazə verilməməlidir. İsrailin bu mövzuda mövqeyi dəyişməzdir. "

Daha sonra vəzifəsindən gedən Mossad rəhbəri Yossi Kohenin təsdiq etdiyi kimi İranı nüvə proqramını geri çəkmək üçün İsrail Natanzdakı nüvə reaktoruna hücumlar təşkil edib və İranın nüvə alimlərinin sui-qəsdləri də daxil olmaqla, hərəkətə keçib.

Bunlar arasında İsrailin 2018-ci ildə İrana basqın etməklə İranın tarixi arxivini ələ keçirməsi də var. İran dəfələrlə nüvə silahı əldə etmək niyyətində olmadığını deyib.

“İran yalan danışdı. 2015-ci ildə nüvə anlaşmasını imzaladıqdan sonra İran məxfi nüvə sənədlərini gizlətmək üçün səylərini artırdı. 2017-ci ildə İran nüvə silahları sənədlərini Tehrandakı olduqca gizli bir yerə köçürdü. Bura Tehranın Şorabad bölgəsidir. Atom arxivləri orada saxlanılırdı” - sabiq baş nazir Benyamin Netanyahu bildirib.

Bəzi İsrail analitikləri İranın bu gün nüvə bombası istehsalına həmişəkindən daha yaxın olduğunu və keçmiş prezident Trampın 2018-ci ildə nüvə anlaşmasından çıxmasından sonra inkişafı sürətləndirdiyini deyir.

"İran keçən hər gün nüvə inkişafını davam etdirir, uranı zənginləşdirir, sentrifuqaları fırladır və nüvə agentliyinin son açıqlamasında deyildiyi kimi gizli yerlərdə başqa işlər görür və düşünürəm ki, indi biz bir yol ayrıcındayıq" - deyə, Qüdsün İctimaiyyətlə Əlaqələr Mərkəzindən Maykl Seqall bildirib.

Bəzi İsrail analitikləri isə deyirlər ki, İrana qarşı təzyiqləri artırmaq yanlışlıqdır.

“Bu, çıxış yolu deyil. Onlarıın fikirləri öz statuslarını əvvəlkilərdən daha güclü etməkdir. Onları açmaq yerinə qapalı edir və partnyolarına inamsızlıq yaradır” , siyasi analitik Tamar Gindin bildirib.

İsrail mediası İsrailin ABŞ-ın İran nüvə razılaşmasına yenidən qoşulub-qoşulmamsından asılı olmayaraq, İranın nüvə obyektlərinə mümkün genişmiqyaslı hücum planları hazırladığını yazır.

XS
SM
MD
LG