Accessibility links

Floridada çökən binada ölənlərin sayı 95-ə çatıb


24 iyun tarixində Florida ştatının Sörfsayddakı Champlain Towers binasının qismən çökməsi nəticəsində ölənlərin sayı çərşənbə axşamı 95-ə çatıb. Ölənlərin 85-nin kimliyini müəyyənləşdirmək mümkün olub.

“Xilasetmə prosesinin bu mərhələsində biz tibbi ekspertizanın işinə bel bağlayırıq. Bu, insan qalıqlarını müəyyənləşdirmək üçün elmi, metodiki prosesdir. Bu iş zaman keçdikcə daha da çətinləşir və komandalarımız bacardıqları qədər çalışsalar da, buna vaxt lazımdır” – deyə, Mayami-Deydin meri Daniella Levin Kava bildirib.

Levin Kava 14 nəfərin hələ də itkin olduğunu qeyd edib.

“Yenidən vurğulamaq istəyirəm ki, əvvəllər etdiyimiz kimi, bu, həqiqətən dəyişkəndir. Biz itkin düşən şəxsin öldüyünü yalnız şəxsiyyəti təsdiq olunduğu halda hesaba qata bilərik. Bu vəziyyətdə bunu tibbi ekspertiza vasitəsilə edirik. Beləliklə, bu siyahıda 14 nəfər var, onlardan 12-si barədə itkin düşmüş şəxs kimi polis şöbəsinə müraicət daxil olub, digər 2 nəfər haqda isə dedektivlərimiz məlumatları yoxlamaqla onları təsdiqləməyə çalışır” – deyə, o qeyd edib.

Xilasetmə işləri rəsmi olaraq ötən çərşənbə çərşənbə günü - 12 mərtəbəli binanın bir hissəsinin çökməsindən təxminən iki həftə sonra başa çatıb.
Binanın uçmasından sonra 12 saat ərzində ərazidən heç kim xilas edilməyib.
Fəlakətin səbəbi ilə bağlı böyük bir münsiflər məhkəməsi istintaqı davam edir və ən azı altı ailə ayrı-ayrılıqda məhkəmə iddiaları qaldırıb.

Konqres ərazisi Sörfsaydı əhatə edən ABŞ nümayəndəsi Debbi Vasserman Şultz və Floridanın qubernatoru Ron DeSantis qurbanlara maddi yardım vəd ediblər.

Sörfsayddakı faciə Mayami-Deyd dairəsindəki digər binaların nəzərdən keçirilməsinə səbəb olub və artıq ikinci bina - mahal məhkəməsinin binası boşaldılıb. Birincisi Şimali Mayami Çimərliyindəki bir bina idi.

XS
SM
MD
LG