Accessibility links

Son sutkada Azərbaycanda 169 nəfər koronavirusa yoluxub


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumata görə, COVID-19-dan ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 4 242 727, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 530 767, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 711 960 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG