Accessibility links

Vaksinasiya - milyonlarla insanın xilası


Vaksinasiya - milyonlarla insanın xilası
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Tədqiqatçıların bildirdiyinə görə, dünyanın bəzi ölümcül xəstəliklərinə qarşı peyvənd proqramları son 20 ildə milyonlarla insanın həyatını xilas edib. Lakin COVID-19 pandemiyası ilə davamlı irəliləyişi təhdid edilir.

Konqo Demokratik Respublikasında 2020-ci ildə qızılca xəstəliyindən sonra təcili peyvənd proqramı başladılmışdı. Belə bir səy milyonlarla insanın həyatını xilas etmişdi.

Tədqiqatçılar son iyirmi ildə 112 aşağı və orta gəlirli ölkədə 10 infeksion xəstəliyi hədəf alan peyvənd proqramlarını nəzərdən keçirib. Alimlər əksəriyyəti uşaqlar olmaqla, 50 milyona yaxın insanın peyvəndlərin köməyi ilə xilas edildiyini deyir.

Bunlara qızılca, hepatit B, insan papilloma virusu və ya HPV və sarı qızdırma kimi xəstəliklər daxildir. Gavi, Vaksin İttifaqı və Bill & Melinda Gates Fondu tərəfindən maliyyələşdirilən tədqiqata Vaksinasiya Modelləşdirmə Konsorsiumu rəhbərlik edib.

“Proqnozlarımızdakı vaksinlərlə davam etsəydik, 2019-cu ildən sonra 47 milyon insan ölümünün qarşısını alardıq. Bu, çox böyük rəqəmdir. Həqiqətən burada göstərmək istədiyimiz peyvəndin COVID pandemiyasından əvvəl necə olacağını proqnozlaşdırdığımız idi. Bunun uzunmüddətli təsirləri, vaksinasiyanın gələcəkdə uzunmüddətli faydalarını vurğulamaq istədik” - deyə, tədqiqatın həm-müəllifi, doktor Keti Geytorp bildirib.

İmmunizasiya proqramlarının faydası spesifik xəstəliklərin qarşısının alınmasından daha çox olub.

"Məsələn, insanlar peyvəndlə qarşısı alınan xəstəliklərdən əziyyət çəkmirlərsə, deməli bu infeksiyalar səbəbi ilə səhiyyə işində daha az stress yaradır, yəni insanları başqa xəstəliklərdən müalicə edə bilərsiniz" , Geytorp bildirib.

Ancaq tədqiqatçılar COVID-19 pandemiyasının peyvənd proqramlarını pozacağından və əhatə dairəsinin azalmasına səbəb ola biləcəyi barədə xəbərdar edir.

“Yalnız COVID-ə yoluxmuş insanları müalicə etmək kimi sağlamlıq xidməti deyil; insanların şəxsi seçimini də əldə etdik. Onlar yalnız COVID-ə yoluxma qorxusundan vaksinlənməyə gedə bilər” , doktor əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatı aprel ayında peyvənd proqramlarını yenidən yoluna qoymağa və daha çox insana çatdırmaq üçün ‘İmmunlaşdırma Gündəmi 2030‘ proqramına başlayıb.

"Bu, əsas vaksinlərdən tamamilə kənarda qalan uşaqların - sıfır dozalı uşaqların yarısının azaldılması deməkdir. Bu, aşağı və orta gəlirli ölkələrdə yeni və az istifadə olunan 500 peyvəndin tətbiqinə nail olmaq deməkdir" - dey, ÜST-nin Peyvəndlər şöbəsinin müdiri Keyt Obrayan bildirib.

Alimlər xilas edilmiş çox sayda insanın müasir təbabətin inkişafı və COVID pandemiyasına baxmayaraq, digər peyvənd proqramlarının qüvvədə saxlanmasının vacibliyini nümayiş etdirdiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG