Accessibility links

CDC-nin hesabatı: COVID-in Delta variantı suçiçəyi kimi asanlıqla yayılır


The Washington Post və New York Times qəzetlərinin yazdığına görə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin cümə günü koronavirusun peyvəndlənmiş və peyvənd olunmamış insanlar arasında “suçiçəyi qədər asanlıqla” yayıla bilən Delta variantı haqqında daxili federal sağlamlıq sənədini ictimailəşdirəcəyi gözlənilir.

Sözügedən qəzetlər sənədin CDC rəsmiləri ilə bölüşülən təqdimatda yer aldığını bildirib. Təqdimatda agentliyin əhalinin bəzi qruplarını peyvənd olmağa və maska taxmağa inandırmaqda yaşanılan çətinliklər ətraflı izah edilir.

Təqdimat CDC rəsmilərini ctimai xidmət mesajları hazırlamağa çağıraraq, Ebola və ya soyuqdəymədən daha sürətlə yayılan yoluxucu varianta qarşı ən yaxşı müdafiənin peyvənd olduğunun vurğulanmasını istəyib.

ABŞ prezidenti Co Bayden COVID-19-un sürətlə ölkəyə yayılmasına səbəb olan virusun Delta variantına qarşı mülki federal hökumət işçilərinin peyvəndlənməli olduqlarını və ya mütəmadi testlərdən keçməli və maskadan istifadə etməli olacaqlarını bildirib.

Filippin Prezidenti Rodriqo Duterte cümə günü 13 milyon insanın yaşadığı paytaxt Manila bölgəsi üçün qapanma tədbirləri elan edib. Bu addım koronavirusun yeni variantının yayılmasını dayandırmaq üçün hazırlanıb.

Qapanma avqustun 6-dan etibarən qüvvəyə minəcək və 20 avqust tarixinə qədər davam edəcək.

Yaponiyanın Asahi Shimbun qəzetinə görə, Tokionun qonşu bölgələrində 2-31 avqust tarixlərində fövqəladə vəziyyət tətbiq edilir. Olimpiya Oyunlarının keçirildiyi Tokio və Okinava koronavirusun yayılması səbəbindən artıq fövqəladə vəziyyətdədir.

Saitama, Çiba, Kanaqava və Osaka fövqəladə vəziyyət tətbiq olunan yeni bölgələrdir.

Hokkaydo, Işikava, Kyoto, Hyoqo və Fukuoka prefekturaları, qonşu Tokio da təcili yardım tədbirləri altına alınacaq.

Fövqəladə vəziyyətə əsasən, alkoqol və ya karaoke olan yerlərdə iş dayandırılır.

XS
SM
MD
LG