Accessibility links

Məhkəmə AXCP fəalının müraciətini təmin etməyib 


Bu gün, iyulun 30-da Bakının Xəzər Rayon Məhkəməsi hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Məhərrəmlinin cəza müddətinin üçdə iki hissəsini çəkməsilə əlaqədar cəzasının yüngülləşdirilməsilə bağlı müraciətini təmin etməyib.

Vəkil Aqıl Lahıcov bildirib ki, müdafiə tərəfi alternativ cəza növlərinin təyin edilməsi, ya qalan real müddətin şərti cəza ilə dəyişdirilməsi, ya da Məhərrəmlinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi məsələsini qaldırıb.

Məhərrəmli artıq cəza müddətinin dörddə üç hissəsini çəkib.

Aqil Məhərrəmli 2018-ci ilin mayında "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" ilə bağlı iş üzrə həbs edilib. 4 il həbs cəzası alıb. O, məhkəmədə ittihamı qəbul etmədiyini bildirib, siyasi sifariş adlandırıb.

Bu il mayın sonunda onun üç ili tamam olub. Qanunvericiliyə əsasən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq hüququna malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG