Accessibility links

ABŞ-ın hərbi gəmisi Çinin hücum təlimlərindən sonra Tayvan boğazından keçir


ABŞ-ın hərbi gəmisi və ABŞ Sahil Mühafizəsinə aid kater cümə günü Tayvan boğazından keçib. Vaşinqton bunu Çinin iddialı olduğu Tayvanı Çindən ayıran həssas su yolunda müntəzəm adlandırdığı əməliyyatların ən sonuncusudur.

Keçid Tayvan və Çin arasında son iki ildə hərbi gərginliyin artması fonunda baş verib və ötən həftə Çin gəmilərinin və döyüş təyyarələrinin adanın cənub-qərbində və cənub-şərqində həyata keçirdiyi hücum təlimlərindən sonraya təsadüf edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir ki, Sahil Mühafizəsi kateri Manro ilə birlikdə Arley Burke tipli idarə olunan raket əleyhinə "Kidd" gəmisi beynəlxalq qaydalara uyğun olaraq beynəlxalq sulara keçib.

"Gəmilərin Tayvan Boğazından qanuni tranziti ABŞ-ın azad və açıq Hind-Sakit Okeana sadiqliyini nümayiş etdirir. ABŞ ordusu beynəlxalq qanunun icazə verdiyi hər yerdə uçur, yelkən açır və fəaliyyət göstərir" - deyə, bəyanatda bildirilib.

ABŞ Hərbi Dəniz Qüvvələri Tayvanı öz ərazisi olaraq görən və demokratik adanı nəzarət altına almaq üçün heç vaxt güc tətbiqindən əl çəkməyən Çini qəzəbləndirən təxminən ayda bir dəfə bənzər əməliyyat keçirir.

Amerika Birləşmiş Ştatları əksər ölkələr kimi Tayvanla heç bir rəsmi diplomatik əlaqəyə malik deyil, ancaq ən əhəmiyyətli beynəlxalq dəstək verən və adaya silah satan əsas ölkəsidir.

Çinin dövlət nəzarətində olan mediası son həftələrdə Birləşmiş Ştatların Əfqanıstandan xaotik şəkildə geri çəkilməsindən fürsət olaraq istifadə edərək ABŞ-ın Tayvana və regional müttəfiqlərinə verdiyi dəstəyin dəyişkən olduğunu göstərməyə çalışıb.

Ancaq ABŞ Prezidenti Co Bayden administrasiyası Əfqanıstanla Birləşmiş Ştatların Hind-Sakit Okean regionundakı öhdəliyi arasındakı hər hansı bir əlaqəni tez bir zamanda rədd edib.

Vitse-prezident Kamala Harris Çini bu həftə Vyetnam və Sinqapur səfərləri zamanı "zorakılıq və həddindən artıq dəniz iddiaları"nda ittiham edib.

XS
SM
MD
LG