Accessibility links

Azərbaycanda əsgərin intiharı ilə bağlı cinayət işi açılıb


Azərbaycanın Baş Prokurorluğu
Azərbaycanın Baş Prokurorluğu

Əsgərin intiharı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat verib.

Məlumatda deyilir ki, sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağanın odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda iş üzrə zəruri tədbirlərin görülməsi davam etdirilir.

XS
SM
MD
LG