Accessibility links

Dövlət Gömrük Komitəsində ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib


ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib
ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib.

Komitədən verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidmətinin general-mayoru Məsum Rəsulov, ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin Orta Asiya Regionu üzrə rəis müavini Robert Eller və digər səlahiyyətli şəxslər iştirak ediblər.

DGK Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində birgə tədbirlərin təşkili, qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın, xüsusilə məlumat mübadiləsinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi əməkdaşlarının potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə təlim və seminarların təşkili barədə razılıq əldə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG