Accessibility links

İlham Əliyev: Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz


İlham Əliyev (arxiv foto)
İlham Əliyev (arxiv foto)

“İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yoxdur və ola bilməz. Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm. Ancaq sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və əlbəttə, insanların haqlı narazılığına səbəb olmuşdular. Bütün bu faktlar üzə çıxandan sonra, əlbəttə ki, hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər".

Bunu Prezident İlham Əliyev sentyabrın 14-də Cəlilabad və Şəmkir rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçılarını videoformatda qəbul etdiyi çıxışında deyib.

Bütün bu faktlar üzə çıxandan sonra, əlbəttə ki, hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər.


Prezidentin sərəncamları ilə Rəşad Tağıyev sentyabrın 14-də Şəmkir Rayon İcra Hakimiyyətinin, Rafiq Cəlilov isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov həbs edilib. O, rüşvət və digər qanunsuzluqlarda ittiham edilir. Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov isə bu il tutulub. O da bu itthamlarla günahlandırılır. Eks icra başçılarının, hələlik, ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Bundan sonra İlham Əliyev video çıxışında qeyd edib ki, onlar elə işləməlidirlər ki, vətəndaşlar onlardan razı olsunlar:

"Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar. Mənim tövsiyələrimin içində bu tövsiyə də həmişə xüsusi yer tutur. Sizə də deyirəm, siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz".

Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar.


İlham Əliyev çıxışında keçmiş icra başçların həbs olunma səbəblərinə də toxunub.

“Son illər ərzində bir çox yüksək vəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər. Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə...

Onun sözlərinə görə, hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz."

Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar.


“Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əmək haqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir."

Xatırlatma

Azərbaycan hakimiyyəti ölkədə korrupsiyaya qarşı hərtərəfli mübarizə aparıldığını bildirir. Son illərdə çoxsaylı icra hakimiyyəti başçıları, yüksək vəzifəli məmurlar rüşvət və korrupsiya əməllərinə görə məhkum edilib. Hökumət korrupsiyaya qarşı mübaizə kimi gizli iqtisadiyyatın aradan qaldırılmasının vacibliyini bəyan edib.

Bununla yanaşı, Azərbaycan 2020-ci ildə beynəlxalq korrupsiya qavrama indeksinə görə, 180 ölkə arasında 129-cu yerdə qərarlaşıb.

Bir çox yerli və beynəlaxlq ekspertlər hesab edir ki, Azərbaycanda reallıqda aparılan islahatlar sadəcə imitasiyadır.

Bir müddət əvvəl siyasi təhlilçi Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda korrupsiyanı yaradan səbəblər və problemin həlli yollarından danışıb. O, hesab edir ki, Azərbaycan tam bir azad mühitdir, amma korrupsiya üçün.

XS
SM
MD
LG