Accessibility links

Mədəniyyət nazirinin keçmiş müavininin həbs müddəti 4 il 6 aya endirilib


Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun həbs müddəti 4 il 6 aya endirilib.

Bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsi mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovu 8 il həbsə məhkum edib.

Məhkəmə, həmçinin onun üzərinə həbs qoyulan əmlakının dövlətin xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.

Bayramov son sözündə özünü təqsirkar bilməyib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamları da rədd edib.

Bayramovun sözlərinə görə, onun sənədlərə imza atmaq səlahiyyəti olmayıb və o maddi məsul şəxs olmayıb. O, həmçinin rüşvət ittihamını da qəbul etməyib.

Rafiq Bayramov və nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində saxlanılıb.

Hər iki şəxsə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Sonradan Sultanova qarşı cinayət işi ayrı icraata ayrılıb.

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan və Ermənistanın birgə bəyanatı. ABŞ-Azərbaycan münasibətləri
please wait

No media source currently available

0:00 0:29:46 0:00
XS
SM
MD
LG