Accessibility links

Əfqanıstanda qızların təhsilinə məhdudiyyətlər narahatlıq doğurur


Əfqanıstanda qızların təhsilinə məhdudiyyətlər narahatlıq doğurur
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Əfqanıstanda qızların təhsilinə məhdudiyyətlər narahatlıq doğurur

Talibanın ölkədə qadınlara ciddi məhdudiyyətlər tətbiq etməsi ilə əfqan qızlar məktəbə gedə bilmir. Bunun təsirinə bir neçə milyon qız məruz qalıb.

Taliban Əfqanıstan məktəblərini yenidən açıb, ancaq yalnız oğlanlar üçün.

Elan sentyabrın 18-də Əfqanıstanın Taliban tərəfindən ələ keçirməsindən bir ay sonra verilib. Qrup 7-dən 12-ci siniflər arasında qızların məktəbə getməsini qadağan edib, təhsilin davam etdirilməsindən əvvəl "təhlükəsiz bir tədris mühiti" yaradılmalı olduğunu bildirib. Lakin məktəbli qızlar təhsil hüquqlarını tələb edir.

"Məktəbləri bağlamaq və qadınların işləmələrinə və siyasətdə rol almalarına imkan verməməyinizlə səslərimizi susdura bilməzsiniz. Təhsil və işdən bizi kənarlaşdıra bilməzsən. Biz bu ölkənin gələcəyiyik. Qoyun, təhsilimizi alaq" - deyə, qadın bir tələbə bildirib.

Talibandan əvvəl Əfqanıstanda 3,5 milyon qız təhsil allırdı. Ailələr və müəllimlər narahatdır ki, Talibanın orta təhsilin məhdudlaşdırılması yerində qalsa, qızlar geridə qalacaqlar.

"Şagirdlərimizin vəziyyəti çox narahatedicidir. Artıq iki-üç il geridəyik " - deyə Yalda adlı müəllimə bildirib.

Taliban 1-dən 6-cı sinfədək qızlara məktəbə qayıtmaq icazəsi verib. Valideynlər və müəllimlər deyirlər ki, Taliban gənc qadınların məktəbə qayıdış çağırışlarına qulaq asmır.

"Talibanla əlaqə qurulacaq bir adam yoxdur. Hətta bizimlə danışmaq istəmirlər. Gördüyünüz kimi, hüquqlarını tələb edən qadınlar əzildi" , Yalda deyib.

İnsan hüquqları qrupları deyirlər ki, orta təhsildən qızları uzaqlaşdırmaq yanlışlıqdır və Talibanın siyasətini dəyişdirəcəyinə dair nikbinlik də yoxdur.

((Heather Barr, Human Rights Watch))
"Düşünmürəm ki, çox nikbin olmağa hər hansı bir səbəb var. Bir çox insan deyir ki, yalnız bir və ya iki həftə gözləməliyik. Yeni qaydalar hazırlanır. Bəzi şeylər sıralanır. Açığı bu, çox etibarlı səslənmir. Bilirsiniz, məktəblərdə artıq ayrı-seçkilik var. Qadın müəllimlər yalnız qızlara dərs deyir. Burada çeşidləmək üçün heç bir şey yox idi. "

Avqust ayında nəzarəti ələ keçirildikdən bəri Taliban qadınların iş və hərəkətlərini məhdudlaşdırıb və Qadın İşləri Nazirliyini bağlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG