Accessibility links

Bayden ABŞ-ın Tayvanı müdafiə edəcəyini bildirib


ABŞ Prezidenti Co Bayden cümə axşamı bildirib ki, Amerika Birləşmiş Ştatları Tayvanı müdafiə edəcək və onun Çinin öz ərazisi olaraq iddia etdiyi adanı müdafiə etmək öhdəliyi var. Bu isə rəsmi siyasətdən uşaq şərhlərdir.

CNN-in qonağı olarkən ABŞ-ın Çin suverenliyini qəbul etmək üçün Pekin tərəfindən artan hərbi və siyasi təzyiqlərdən şikayətlənən Tayvanı müdafiə edib-etməyəcəyinə dair suala "Bəli, bunu etmək öhdəliyimiz var" – deyə, Bayden cavab verib.

Vaşinqton qanuna əsasən, Tayvanı özünü müdafiə etmə vasitələri ilə təmin etməli olsa da, uzun müddətdir ki, Çin hücum etdiyi halda Tayvanı qorumaq üçün hərbi müdaxilə edib-etməyəcəyinə dair "strateji qeyri-müəyyənlik" siyasətini davam etdirir.

Avqust ayında Bayden administrasiyasının rəsmisi ABŞ-ın Tayvana dair siyasətinin, prezidentin hücuma məruz qalacağı təqdirdə Birləşmiş Ştatların adanı müdafiə edəcəyini irəli sürdükdən sonra dəyişmədiyini deyib.

Bayden insanların Vaşinqtonun hərbi gücündən narahat olmamalarının lazım olduğunu qeyd edib, çünki "Çin, Rusiya və dünyanın qalan hissəsi bizim dünya tarixinin ən güclü ordusuna sahib olduğumuzu bilir" – deyə, o əlavə edib.

"Narahat olmalı olduğunuz şey, onları ciddi bir səhv edə biləcəkləri bir vəziyyətə salacaq fəaliyyətlərlə məşğul olub-olmayacaqlarıdır" – deyə, ABŞ prezidenti bildirib.

O, "Çinlə soyuq müharibəni istəmirəm. Sadəcə Çinin geri addım atmayacağımızı, fikirlərimizdən heç birini dəyişməyəcəyimizi anlamasını istəyirəm" sözlərini əlavə edib.

Tayvanın müdafiə naziri Çiu Kuo-Çen bu ay Tayvan və Çin arasındakı hərbi gərginliyin 40 ildən artıq müddətdə ən pis həddə çatdığını və Çinin 2025-ci ilə qədər "tammiqyaslı" bir işğal qura biləcəyini demişdi.

Tayvan müstəqil bir ölkə olduğunu və azadlıqlarını və demokratiyasını müdafiə edəcəyini bildirir.

Çin Tayvan məsələsinin ABŞ ilə əlaqələrindəki ən həssas və əhəmiyyətli bir məsələ olduğunu deyir və Vaşinqtonla Taypey arasında "sövdələşmə"ni pisləyib.

Cümə axşamı jurnalistlərə danışan Çinin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Jan Yun Tayvanla "sülh yolu ilə birləşmək" istədiklərini və hakim Demokratik Tərəqqi Partiyasının "separatçı cəhdlərinə" cavab verdiklərini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG