Accessibility links

Rusiyada barıt zavodunda baş verən partlayışda 16 nəfərin öldüyü xəbər verilir


Rusiyanın Ryazan vilayətində barıt zavodundakı partlayış nəticəsində baş vermiş yanğın nəticəsində ən azı 16 nəfər ölüb.

Yerli mətbuatın bölgə hüquq-mühafizə və təcili yardım xidmətlərindəki mənbələrə istinadən verdiyi xəbərə görə, elastik sintetik liflər zavodunun barıt emalatxanasında partlayış oktyabrın 22-də səhər tezdən baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayış baş verərkən sexdə 17 nəfər olub.

Hadisə yerində xilasedicilər və xilasetmə qrupları işləyir.

Fövqəladə Hallar Nazirliyi partlayışa "texnoloji prosesin pozulması"nın səbəb ola biləcəyini bildirib.

İstintaq Komitəsi ölümcül partlayış və yanğınla bağlı istintaq başlatdığını bildirib.

XS
SM
MD
LG