Accessibility links

CDC ABŞ-dakı üç COVID-19 peyvəndinin gücləndirici dozasına dair tövsiyələri dəstəkləyir 


Cümə axşamı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC), Moderna və Johnson & Johnson koronavirus peyvəndlərini vurduran milyonlarla insan üçün gücləndirici dozaları tövsiyə edib və gücləndiricinin mütləq şəkildə ilkin peyvəndlə eyni olmasına ehtiyacın olmadığını deyib.

Hökumət təşkilatının rəhbəri Roşel Valenski CDC-ni Ərzaq və Dərman İdarəsi (FDA) ilə eyni sıraya qoyaraq cümə axşamı məsləhət heyəti tərəfindən tövsiyələri qəbul edib.

Pfizer peyvəndi üçün gücləndirici doza sentyabr ayında təsdiqlənib.

CDC komitəsi bildirib ki, 18 və daha yuxarı yaşda olan və iki ay və ya daha əvvəl birdəfəlik Johnson & Johnson peyvəndi ilə vaksinlənmiş insanlar gücləndirici dozanı vura bilər.

İki dozalı Pfizer və ya Moderna peyvəndləri ilə vaksinlənən 65 yaş və ya daha yuxarı olan insanlara, ikinci dozadan altı ay və ya daha çox müddət sonra gücləndirici doza tətbiq etməyi tövsiyə olunur.

CDC uzun müddətli tibb müəssisələrində qalan 18 yaşdan yuxarı olan, habelə əvvəlcədən mövcud olan sağlamlıq problemləri olan və yüksək risk qrupuna aid edilən və ya onlarla işləyənlər insanlar üçün gücləndirici dozanı tövsiyə edib.

Cümə axşamı Amerika Birləşmiş Ştatları 200 milyon COVID-19 peyvəndinin 100-dən çox ölkəyə uğurlu paylanmasını qeyd edib. Ağ Ev Prezident Co Baydenin ABŞ-ın "dünyanın peyvənd arsenalına" çevriləcəyi vədini yerinə yetirdiyini deyib.

"Bu gün amerikalıların qürur duymaq üçün 200 milyon səbəbi var" – deyə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Samanta Pauerin bəyanatında deyilir.

"USAID, müasir tarixin ən ağır pandemiyasına qarşı mübarizə aparmaq üçün misilsiz miqyasda, sürətdə və mürəkkəblikdə bu qlobal peyvənd işinin başında olmaqdan qürur duyur" – deyə, Pauer bildirib.

XS
SM
MD
LG