Accessibility links

COVID-19-un müalicəsi üçün yeni bir dərmana maliyyə dəstəyi verilir


COVID-19-un müalicəsi üçün yeni bir dərmana maliyyə dəstəyi verilir
please wait

No media source currently available

0:00 0:03:20 0:00

COVID-19-un müalicəsi üçün yeni bir dərmana maliyyə dəstəyi verilir

Birləşmiş Ştatlarda təcili istifadə üçün yeni və perspektivli COVID-19 müalicəsi nəzərdən keçirildiyi bir vaxt yenı bir dərmana dünyanın qalan hissəsinə çatdırılması üçün maliyyə dəstəyi verilir.

Bu həbblər COVID-ə tutulanlar üçün ümid qaynağıdır. Dərman istehsalçısı Merck deyir ki, Molnupiravir koronavirusun yayılmasının qarşısını alır.

Klinik sınaqlar göstərib ki, həbb xəstəxanaya yerləşdirmə və ya ölüm riskini yarıya endirir. Və istifadəsi asandır.

"Onlar apteklərinə gedib bu dərmanı digər dərmanlar kimi ala bilərdilər" - deyə, Vanderbilt Universitetindən dr. Uliyam Şaffner bildirib.

Ərzaq və Dərman İdarəsi Merck-in təcili istifadə tələbini təsdiq etsə, həbblər ilin sonuna qədər ABŞ-da istifadəyə verilə bilər. Şirkət bütün dünyada oxşar təcili istifadə proqramları planlaşdırır. Lakin bu dərmanı və digər müalicə üsullarını, o cümlədən peyvəndləri dünyanın inkişaf etməmiş hissələrində maliyyələşdirmək və paylamaq çətin olaraq qalır.

Ümumdünya Səhiyyə Təşkilatından dr. Ann Lindstrand:

“Biz ciddi şəkildə başa düşməliyik ki, bu, dünya miqyasında həlli tələb edilən qlobal problemdir. Beləliklə, məncə heç kimin təhlükəsiz olmadığını desəniz, bu çox doğru olar.“

ABŞ həbblərin 1.7 milyon kursunu əvvəlcədən satın alıb.

Dərmanın dünyanın qalan hissəsinə daha sürətli çatdırılmasına yardım məqsədi ilə Bill və Melinda Gates Fondu generik dərman istehsalçılarına inkişaf etməkdə olan ölkələr üçün Merck dərmanının istehsalı üçün 120 milyon dollar ayırır.

COVID müalicəsinin hər birinin mərkəzində pul dayanır. Dr. Kaleb Hernandez təcili yardım həkimidir və eyni zamanda COVID dərmanı kəşflərini araşdırır.

O deyir ki, digər üç dərmandan biri Merck-in Molnupiravir preparatına rəqib ola bilər. O, FDA-nın təsdiqini əldə etmək üçün maliyyə dəstəyinin olmadığını deyir.

“Hökumətimiz bu tədqiqatlar üçün 500 min dollar xərcləməyə hazır deyil. FDA-ya məlumatı çatdırmaq üçün özəl şirkətlərə ümid bağlamışıq. Məhz buna görə də görə biləcəyimiz innovasiyaları görmürük”.

Peyvənd almaq əvəzinə Merck həbblərinə güvənmək narahatlıq doğurur, çünki ekspertlər vaksinlərin orqanizmdə anti-cisimlər yaratmağı deyir.

Ağ Evin Koronavirusla Mübarizə üzrə Koordinatoru Cefri Zients:

"Bu, ilk növbədə COVID-ə yoluxmağınızın qarşısını ala bilər və biz infeksiyaların qarşısını almaq istəyirik, nəinki onlar baş verdikdən sonra onların müalicəsini gözləyək."

Doktor Hernandez COVID səbəbi ilə peşəsini tərk edən həmkarına ehtiramını bildirir.

“Artıq iki ilə yaxındır ki, biz hər gün mübarizə aparır, insanların ölümünü izləyirik. Düşünürəm ki, insanlar sizə inanmayanda çətin olur. Onlar elə bilir ki, sən hansısa sui-qəsdin bir hissəsisən və ya şişirdərək hər şeyi uydurursan, sonra işə gedib bir neçə nəfərin öldüyünü elan etməlisən.”

Dünyada COVID-dən təxminən 5 milyon ölüm qeydə alınıb. Amerikada ölüm halları 740 minə yaxınlaşır.

XS
SM
MD
LG