Accessibility links

Baydenlə Ərdoğan arasında görüş keçirilib


Ağ ev rəsmiləri bildirib ki, ABŞ Prezidenti Co Bayden bazar günü Romada keçirilən G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “çox konstruktiv danışıqlar” aparıb. Bu görüş Vaşinqtonla Ankara arasında gərginliyin və strateji fikir ayrılıqlarının olduğu bir vaxt təsadüf edib.

“Prezident açıq şəkildə Türkiyə ilə konstruktiv əlaqələr yaratmaq və fikir ayrılıqlarını idarə etməyin eftiv yolunu tapmaq istədiyini bildirib,” Bayden administrasisyasının yüksək vəzifəli rəsmisi müxbirlərə bildirib.

Rəsmilər deyib ki, müzakirə olunan mövzular arasında Əfqanıstan, Suriya, Liviya, Cənubi Qafqaz, iqlim, insan haqları, habelə Türkiyənin ABŞ-ın F-16 döyüşçü təyyarələrini almaq tələbi olub.

Təyyarələr məsələsində Bayden “bizim keçməli olduğumuz prosesin olduğuna aydınlqı gətirib,” rəsmi deyib.

2019-cu ildə sabiq prezidenti Donald Trampın administasiyası altınaq Pentaqon Türkiyəni F-35 proqramından çıxarmışdı, çünki Türkiyə Rusiyanın S-400 hava müdafiə sistemini almışdı. İndi isə Ankara ABŞ-ın Lockheed Martin şirkətinin istehsal etdiyi 40 ədəd F-16 döyüş təyyarələrini və hava qüvvələrindəki mövcud təyyarələr üçün təxminən 80 müasirləşdirmə dəsti almaq istəyir.

ABŞ qanunvericiləri Bayden administrasiyasını Türkiyəyə F-16ları satmamağa çağırıb və Ankaranın “düşmən kimi davrandığını”bildirib.

“Bu görüş Prezident Baydenin Türkiyəyə NATO müttəfiqindən gözlənilməyən qəbulolunmaz davranışların nə olduğu barədə mesaj göndərməsi üçün vacibdir,” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avropa, Rusiya və Avrasiya Proqramının direktor müavini Reyçel Ellehuus bildirib. O deyib ki, Bayden Türkiyəyə tərəfdaş olaraq bir sıra məsələlərdə, o cümlədən ABŞ-ın Əfqanıstandan geri çəkilməsindən sonra yaranan təhlükəsizlik problemləri və Türkiyənin Qara Dəniz regionundakı rolu, habelə NATO-dakı performansı ilə bağlı gözləntilərini çatdıracaq.

İki NATO ölkəsi arasında ikitərəfli münasibətlər insan haqları məsələsi səbəbilə də gərginləşib. Bayden prezident olaraq insan haqları və demokratiyanı ABŞ-ın xarici siyasətinin əsas prinsipləri olaraq bərpa etməyi vəd edib. Ptən ilin avqust ayında vəzifəyə gəlmədən öncə prezidentliyə Demokrat namizəd olan Bayden ABŞ-ın “avtoritar” Ərdoğana qarşı yeni yanaşma təklif etmişdi. Ankara isə onun şərhlərini “müdaxiləçi” adlandırmışdı.

O zamandan bəri iki lider münasibətlərə daha praqmatik yanaşırlar. Bayden qüvvələrin Əfqanıstandan xaotik şəkildə çıxarılmasından sonra regionda bir başqa gərginlikdən yayınmaq istəyir, Ərdoğan isə ölkə daxilində siyasi çətinliklərlər üzləşir.

“Türkiyə iqtisadiyyatı çökür, Ərdoğan populyarlığını itirir,” Ellehuus bildirib. “bunu qəbul etsə də, etməsə də, məncə onun Prezident Baydenlə münasibətlərdə ən azından əməkdaşlıq etdiyi görsənməlidir”

Bu, Baydenin prezidentliyi dövründə iki lider arasında ikinci üz-üzə görüşdür. Onlar daha öncə iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində görüş keçirmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG