Accessibility links

Rəssamın gözündə güclü qadın obrazı


Azərbycanlı rəssam Günel Ravilova əsərlərində müxtəlif insan hekayələrini canlandırır.

Rəssamın gözündə güclü qadın obrazı
please wait

No media source currently available

0:00 0:03:59 0:00

Əsasən çılpaq qadın rəsmləri yaradan rəssam bu, əsərlərlə qadınların cəmiyyətdə üzləşdikləri problemləri göstərir. Rəssamın yaratdığı əsərlərdə erkən nikah və gender mövzusu özünəməxsusluğu ilə seçilir.

“Əsərlərimin çoxunda çılpaq qadınlar yer alır. Həmişə özümə sual verirəm ki, mən modelyer deyiləm ki, onlara bir paltar da fıkirləşib çəkim. İkincisi də, insan bu həyata çılpaq olaraq gəlir. Siz bilirsiniz ki, Adəm və Həvva da çılpaq olublar. Bu, onların təmizliyi, saflığıdır. Özünüz də bilirsiniz ki, bizim cəmiyyətdə erkən nikahlar da var. Onları 14-15 yaşında ərə verməklə, sanki onların həyatı məhv edirlər.”

Günelin Ravilova yaradıcılığında tez-tez güclü qadın obrazlarını da görmək olar. O deyir ki, qadın hər zaman güclü olmalıdır.

“Əsasən mənim yaradıcılığımda güclü qadınlar mühüm yer tutur. Onları çəkib göstərirəm. Bununla mən həm də qadınlara bir mesaj göndərmək istəyirəm. Qadın zorakılığı! Özünüz də bilirsiniz ki, Azərbaycanda qadınlar ailə zorakılğına məruz qalırlar. Əksəriyyəti isə susur. Erkən nikahlarla sanki qadının həyatı sınır. Onlara mesaj göndərmək istəyirəm. Qadın güclü olmalıdır. Qadın özünə karyera qurmalıdır. Qorxmasınlar ki, sabah tək qalsa və yaxud uşaqla qalsa nə edəcək. Güc toplayıb öz həyatını özü qurmalıdır.”

Günel Ravilova
Günel Ravilova

Rəssam yaratdığı əsərlərin cəmiyyət tərəfindən birmənalı qarşılanmadığını və tənqidlərə məruz qaldığını deyir.

“Zövqlər müxtəlifdir. Sənin əsərlərin hamı üçün yaxşı ola bilməz. Mən onu başa düşürəm. Elə tənqidlər də var ki, mənə nəsə gətirir. Mən cəmiyyət üçün işləyirəm. Əlbəttə, cəmiyyətin tənqidi mənə çox lazımdır. Bəlkə haradasa mən nəsə düz eləmirəm. Yaxşı sözlər də olur. Deməli oradan aydın olur ki, mən mesajımı çatdıra bilmişəm.”

O bundan sonra da yaratdığı insan hekayələrini daha geniş auditoriyaya çatdırmağı planlaşdırır, daha geniş auditoriyada sərgilər keçirmək arzusundadır.

“Mən istərdim ki, tək Azərbaycanda yox, başqa ölkələrdə də sərgilər açım. Təkliflər çox olur. Bir az maddi baxımdan çətinlik çəkirəm. Xarici ölkələrdən təklif çoxdur. Məsələn, Londondan təklif aldım, gedə bilmədim. Mən Azərbaycanı təmsil edirəm. İstəyirəm hər yerdə bilsinlər ki, Azərbaycanda necə rəssamlar var,” o qeyd edib.

XS
SM
MD
LG