Accessibility links

Azərbaycanda son sutkada 1876 nəfər koronavirusa yoluxub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1876 yeni yoluxma faktı qeydə alınıb, 2248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 552 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 513 648 nəfər müalicə olunaraq sağalıb, 7342 nəfər vəfat edib, aktiv xəstə sayı 31 332 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 615, ötən müddət ərzində isə ümumilikdə 5 309 867 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG